“FINCA Azerbaijan” çətin dövrdən sonra yeni filialını açdı
“FINCA Azerbaijan” filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində Ağsu rayonunda yeni ofisinin açılışını edib.
Təşkilatdan "Marja"ya daxil olmuş məlumata görə, açılış tədbirində “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant, “FINCA Impact Fınance” qlobal şəbəkəsinin prezidenti və direktoru Andrée Simon və bu şəbəkənin idarə heyətinin üzvləri iştirak edib.
“FINCA Azerbaijan”ın yeni filialı təşkilatın Ağsu və ona yaxın ərazilərdəki rayonlardan olan müştərilərinə, xüsusilə kənd yerlərindən olan insanlara məsuliyyətli maliyyə xidmətləri göstərməsinə imkan verəcək.
"Üç illik çətin bir dövrü geridə qoyan "FINCA hazırda" əsasən kənd yerlərindən olan kiçik sahibkarlara maliyyə xidmətləri göstərmək üçün fəaliyyətini bu istiqamətdə genişləndirmək niyyətindədir.
20 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərən FINCA bu müddət ərzində bir milyondan çox müştəriyə 1.2 milyard dollar həcmində mikro və kiçik sahibkarlıq kreditləri ayırmışdır. Bu, Azərbaycandakı mikromaliyyə sektorunda ümumilikdə milyondan çox ailənin öz bizneslərini inkişaf etdirməsinə, maliyyə imkanlarını genişləndirməsinə və ailə gəlirlərini artırmasına yardım etmişdir. Bu kreditlər kənd təsərrüfatı sektorunda yüz minlərlə yeni iş yerlərinin yaranmasına və dayanıqlı olmasına köməklik göstərmişdir",- təşkilaıtın məlumatında deyilir.
“FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” isə ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir. Əlavə məlumat üçün www.finca.az saytını ziyarət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 55 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























