Dünyanın ən dəyərli bank markaları müəyyən edilib
Dünyanın ən dəyərli 500 bank markası siyahısı dərc edilib.
"Brand Finance"ın araşdırmasına görə, dünyanın ən qiymətli bank markası 79,8 milyard dollar dəyəri ilə Çinin "ICBC" bankıdır.
"Marja"nın "Brand Finance" araşdırma şirkətinin "Banking 500-2019" araşdırmasına istinadən xəbər verir ki, Çin banklarının cəmi marka dəyəri 28% artım ilə 407 milyard dollara çatıb, ABŞ-ın bank markalarının cəmi dəyəri isə 100 milyard dolları aşıb. İslam bankçılığının marka dəyəri isə Orta Şərq banklarının köməyi ilə 20% artlb.
Dünyanın ən qiymətli 500 bank markası siyahısında ilk 4 yeri Çin bankları tutub. Keçən ilin çempionu Çinin "ICBC" bankının marka dəyəri 35% artıb və 79,8 milyard dollar dəyəri ilə bu il də birinci yerini qoruyub.
ICBC-in ardınca 70 milyard dollarlıq dəyəri ilə "China Construction Bank", 55 milyard dollarla "Agricultural Bank of China", 51 milyard dollarla "Bank of China" gəlir.
Siyahıda beşinci yeri 40 milyard dollarla ABŞ bankı "Wells Fargo", altıncı yeri 37 milyard dollarla "Bank of America", yeddinci yeri 36,4 milyard dollarla "Citi", səkkizinci yeri 36,2 milyard dollarla "Chase", doqquzuncu yeri 22,5 milyard dollarla "China Merchants Bank", onuncu yeri isə 20 milyard dollarla Böyük Britaniya bankı "HSBC" tutub.
Tam siyahı: http://brandfinance.com/images/upload/banking_500_2019_locked_table.pdf
2019 | 2018 | Bank Markası | Ölkə | Marka Dəyəri |
1 | 1 | ICBC | Çin | 79,8 |
2 | 2 | China Construction Bank | Çin | 69,7 |
3 | 6 | Agricultural Bank of China | Çin | 55 |
4 | 4 | Bank of China | Çin | 51 |
5 | 3 | Wells Fargo | ABŞ | 40 |
6 | 7 | Bank of America | ABŞ | 36,7 |
7 | 8 | Citi | ABŞ | 36,4 |
8 | 5 | Chase | ABŞ | 36,3 |
9 | 11 | China Merchants Bank | Çin | 22,5 |
10 | 9 | HSBC | Böyük Britaniya | 20,2 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 33 d. əvvəl
- 46 d. əvvəl
- 49 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






