Dekabrda ən çox kredit kartları artıb
2018-ci ilin sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 511 min ədəd təşkil edib.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Noyabr ayının sonu ilə müqayisədə Dekabrda cəmi ödəniş kartlarının sayı 34 min ədəd artıb.
Artım Yanvarda 20 min ədəd, Fevralda 70 min ədəd, Martda 43 min ədəd, Apreldə 89 min ədəd, Mayda 50 min ədəd, İyunda 40 min ədəd, İyulda 62 min ədəd, Avqustda 50 min ədəd, Sentyabrda 133 min ədəd, Oktyabrda 67 min ədəd, Noyabrda isə 52 min ədəd təşkil etmişdi.
Noyabr ayı ilə müqayisədə Dekabrda sosial kartların sayı 10 min ədəd azalaraq 2 milyon 522 min ədədə, əməkhaqqı kartlarının sayı isə 1 min ədəd azalaraq 2 milyon 40 min ədədə düşüb. Həmin ayda əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 20 min ədəd artaraq 1 milyon 89 min ədədə, kredit kartlarının sayı isə 25 min ədəd artaraq 860 min ədədə çatıb.
2017-ci illə müqayisədə isə 2018-ci il ərzində cəmi ödəniş kartlarının sayı 711 min ədəd, o cümlədən əmək haqqı kartlarının sayı 213 min ədəd, kredit kartlarının sayı 237 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 274 min ədəd artıb. İl ərzində sosial kartların sayı isə 13 min ədəd azalıb.
İl, ay | Ödəniş kartları ümumi sayı, min ədəd, (dövrün sonuna) | Dövriyyədə olan ödəniş kartlarının ümumi sayından: | ||||
Debet kartları | Kredit kartları | |||||
Sosial kartlar | Əmək haqqı kartları | Digər | ||||
2017 | 5800 | 2535 | 1827 | 815 | 623 | |
01 | 5343 | 2534 | 1556 | 683 | 569 | |
02 | 5429 | 2545 | 1613 | 696 | 575 | |
03 | 5496 | 2560 | 1652 | 705 | 579 | |
04 | 5531 | 2547 | 1679 | 719 | 585 | |
05 | 5558 | 2545 | 1702 | 745 | 566 | |
06 | 5508 | 2490 | 1708 | 748 | 562 | |
07 | 5564 | 2533 | 1730 | 734 | 567 | |
08 | 5597 | 2515 | 1744 | 763 | 576 | |
09 | 5647 | 2544 | 1756 | 767 | 580 | |
10 | 5695 | 2531 | 1788 | 777 | 598 | |
11 | 5772 | 2527 | 1820 | 804 | 620 | |
12 | 5800 | 2535 | 1827 | 815 | 623 | |
2018 | 6511 | 2522 | 2040 | 1089 | 860 | |
01 | 5820 | 2517 | 1842 | 807 | 655 | |
02 | 5890 | 2522 | 1880 | 814 | 673 | |
03 | 5933 | 2513 | 1893 | 814 | 713 | |
04 | 6022 | 2511 | 1890 | 866 | 755 | |
05 | 6072 | 2513 | 1878 | 897 | 784 | |
06 | 6112 | 2521 | 1877 | 914 | 799 | |
07 | 6174 | 2521 | 1908 | 922 | 823 | |
08 | 6224 | 2505 | 1930 | 953 | 836 | |
09 | 6357 | 2547 | 1941 | 982 | 887 | |
10 | 6424 | 2545* | 2031* | 1045* | 803* | |
11 | 6476 | 2532 | 2041 | 1069 | 835 | |
12 | 6511 | 2522 | 2040 | 1089 | 860 | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
- 25 d. əvvəl
-
28 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
59 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
-
3 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir



























