İpoteka kreditlərinin yarısından çoxu gəliri 1100 manatdan yüksək olanlara verilib
Verilmiş ipoteka kreditlərinin 76%-i Bakının payına düşür
2018-ci il dekabrın 31-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə Bakıda yaşayan vətəndaşlara 19 min 99 ipoteka krediti verilib. "marja" xəbər verir ki, bu barədə fonddan məlumat verilib.
31 dekabr 2018-ci il tarixinə İKZF-nin xətti ilə 25 min 37, o cümlədən 2018-ci ildə 3 min 960 ipoteka krediti verilib. Beləliklə, fondun xətti ilə verilən bütün ipoteka kreditlərinin 76,3%-i Bakının payına düşüb.
Dekabrın 31-nə Sumqayıtda 2464, Abşeron rayonunda (Xırdalan) 1806, Gəncədə 856, Naxçıvanda 270 ipoteka krediti verilib, qalan kreditlər respublikanın digər şəhərlərinin payına düşüb.
Fondun məlumatına əsasən, yanvarın 1-nə fondun agent bankları tərəfindən 1 milyard 61 milyon manat məbləğində kredit təkrar maliyyələşdirilib.
18-29 yaş arasında olan (bütün ipoteka kreditlərinin 36%-i), 30-35 yaş arasında olan (34%) və 36 yaşdan yuxarı şəxslər (30%) daha çox ipoteka krediti götürürlər.
Aktiv şəkildə ipoteka ilə mənzil alanlar kişilərdir (83%). Borc alanların 51%-nin aylıq gəliri 1100 manatı ötür.
İpoteka kreditini ən çox bank və sığorta qurumlarında işləyənlər götürüb.
2018-ci ildə İKZF ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən 50 mln. manat, fondun istiqrazlarının yerləşdirilməsindən 200 milyon manat cəlb edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir.
Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan, mcgf.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























