"Hövsanda tikiləcək binalarda 3300 mənzil olacaq"
"Hövsan qəsəbəsində ayrılan torpaq sahəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdiyi binalarda 3100-3300 yaşayış mənzili olacaq. Bunu MİDA-nın direktoru Samir Nuriyev "Caspian Euopean Club"da çıxışı zamanı bildirib.
S.Nuriyevin sözlərinə görə, ümumiyyətlə vətəndaşlara veriləcək evlərlə bağlı qeydiyyat növbəlilik prinsipi əsasında olmayacaq: "Tez qeydiyyatdan keçən, tez mənzilə sahib olacaq. Mənzillər tam təmirli, mətbəx mebeli ilə birgə veriləcək. Yaşayış massivləri hazır olduqdan sonra onların idarəedilməsi ilə bağlı MİDA MMC öz təkliflərini verəcək".
Onun sözlərinə görə, Bakının 3, Sumqayıtın isə 1 ASAN xidmət mərkəzlərində MİDA əməkdaşları vətəndaşların suallarını cavablandırmaq, onları məlumatlandırmaq üçün olacaqlar.
“Sosial evlərin qiyməti bazardakından 25% aşağı olacaq”
“Dövlətin verdiyi dəstək hesabına, MİDA-nın inşa etdiyi binalardakı evlər bazar qiymətindən aşağı müəyyən olunacaq”,- Samir Nuriyev bildirib.
S.Nuriyev qeyd edib ki, tikinti yerindən asılı olaraq bazar qiyməti müəyyənləşəcək və bu səbəbdən də qiymətlər müxtəlif olacaq.
“Biz gözləyirik ki, qiymətlər ən azı bazar qiymətindən 20-25% aşağı olsun. Çünki, dövlət torpağın ayrılması və kommunikasiyanın çəkilməsi ilə bağlı dəstək verir. Mümkün olsa, qiymətlər bazar qiymətindən daha da aşağı ola bilər”, - deyə S.Nuriyev vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)





