"Hacıqabuldakı zavodu qonşu ölkələrə ixrac meydanı kimi qəbul edirik"
Biz istəyirik ki, Hacıqabul Sənaye Məhəlləsindəki “QAZ” avtomobillərinin istehsalı zavodunun məhsulu maksimal dərəcədə keyfiyyətli olsun və insanların tələblərinə yüksək səviyyədə cavab versin.
Bu barədə Rusiyanın “QAZ Qrup” şirkətinin satış və marketinq üzrə direktoru Oleq Markov jurnalistlərə açıqlamasında deyib.
O.Markov bildirib ki, Rusiya Hacıqabuldakı “QAZ” avtomobil zavodunu qonşu ölkələrə ixrac meydanı kimi qəbul edir. Azərbaycan hər zaman Qafqazda aparıcı bazar hesab olunub.
“Ümid edirik ki, burada zavodun olması həm yeni iş yerlərinin açılmasına, həm iqtisadiyyatın güclənməsinə, həm də bütün komponentlərin istehsalı vasitəsilə məhsulu lokallaşdırmağa kömək edəcək. Xüsusi təyinatlı texnikanın istehsalı zavodu daha da lokallaşdırır. Çünki bu, bazarda sifarişlərin sürətlə aparılması və müştərilərin tələblərini maksimum yerinə yetirməyə imkan yaradacaq. Müəssisənin inkişafı üçün böyük perspektivlər görürük”, - deyə o əlavə edib.
İnşası müddətində 1000-dək iş yeri yaradılacaq
Hacıqabul Sənaye Məhəlləsindəki “QAZ” avtomobil zavodunun tikintisi müddətində 1000-dək iş yeri yaradılacaq.
Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin jurnalistlərə müsahibəsində deyib.
“Zavodun tikintisi layihəsi, Rusiya ilə Azərbaycan arasındakı digər layihələr kimi hər iki ölkəyə xeyir gətirir. Bu zavodun inşası müddətində minə yaxın iş yeri yaradılacaq. Avtomobillərin bəzi hissələrinin Rusiyada istehsal olunacağını nəzərə alsaq, bu əlavə məşğulluq, nəticədə Rusiya iqtisadiyyatının əlavə inkişafı deməkdir”, - deyə M.Oreşkin vurğulayıb.
Nazir qeyd edib ki, Rusiya-Azərbaycan birgə əməkdaşlığı hər iki ölkəyə daha çox iş yeri yaratmağa, yüksək əməkhaqqı təmin etməyə və insanların rifahını daha da yaxşılaşdırmağa imkan yaradır: “QAZ” avtomobil zavodunun tikintisi Rusiya-Azərbaycan əməkdaşlığının nəticəsi olan çoxsaylı layihələrdən biridir. Hazırda ölkələrimiz çox aktiv əməkdaşlıq edir. Artıq real nəticələr əldə olunub. Ümid edirik ki, bu zavodun istehsal etdiyi avtomobillər vətəndaşların həyat keyfiyyətini yüksəltməyə dəstək olacaq”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















