Xaricdən 45 milyon dollarlıq "Euro" benzinlər idxal edilib
Azərbaycan 2018-ci ildə 44 mln. 76 min dollar dəyərində 57 min 719 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Bu barədə hökumətdən məlumat verilib.
2018-ci ildə “AI-95” markalı benzinin Azərbaycana idxal həcmi miqdar ifadəsində 13,9%, dəyər ifadəsində 34% artıb.
Eyni zamanda, Rusiyadan 26 mln. 231 min dollar dəyərində 35 min 531 ton (miqdar ifadəsində artım 36,8 dəfə, dəyər ifadəsində artım 41,4 dəfə), Bolqarıstandan 5 mln. 633 min dollar dəyərində 7 min 25 ton, Rumıniyadan 12 mln. 211 min dollar dəyərində 15 min 163 ton "Premium Euro-95" markalı benzin idxal olunub.
Bundan başqa, hesabat ilində ölkəyə 1 mln. 70 min dollar dəyərində (2017-ci ildə miqdar ifadəsində azalma 24,1%,dəyər idafəsində artım 5,3%) 1104 ton "Super Euro-98" markalı benzin idxal olunub.
2018-ci ildə “AI-98” markalı benzinin əsas idxal həcmi Belarusun (960,3 min dollar dəyərində 1 min 90,5 ton), qalan həcm isə Almaniya, Fransa və Böyük Britaniyanın payına düşüb.
"Premium Euro-95" və "Super Euro-98"markalı benzinlərin Azərbaycana idxalına 1 aprel 2014-cü il tarixindən başlanılıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















