Bakıda ən bahalı mənzillər olan 10 kompleks - QİYMƏTLƏR
Bakıda ən bahalı mənzillərin yerləşdiyi binalar məlum olub. “VECON” qiymətləndirmə şirkətindən verilən məlumata görə, bahalı mənzillər paytaxtda yeni tikilmiş və ya tikilməkdə olan yaşayış komplekslərində yerləşir.
Beləliklə, hesablamalara görə, hazırda ən bahalı mənzillər şəhərin mərkəzindəki “Hilton Hotel”də yerləşir. Məlumat üçün bildirək ki, bu tikili otel olsa da, onun bir hissəsi rezidensiya kimi istifadə olunur və yüksək qiymətə təklif edilir. Burada mənzillərin bir kvadratmetrinin qiyməti 6 450 manatdır.
Qiymət yüksəkliyinə görə, ikinci pillədə “Port Baku Residence” dayanır. Kompleksdə satışda olan mənzillərin 1 kvadratmetri 5 700 manatdır.
Üçüncü yeri “Gumush Residence” tutur – kvadratmetrin qiyməti 5 550 manat.
Qeyd edək ki, qiymətlər hesablanarkən mənzillərin tam təmirli olması variantı götürülüb.
Bakıda ən yüksək qiymətə mənzillər satılan digər binalar aşağıdakılardır:
1 | “Hilton Hotel” | Səbail rayonu, Azadlıq pr, 1 | 6 450,00 |
2 | “Port Baku Residence” | Uzeyir Hacıbəyov, 151 | 5 700,00 |
3 | “Gumush Residence” | G. Seyidbəyli küçəsi, 122 | 5 550,00 |
4 | “Clock Tower” | Bakıxanov küçəsi | 4 800,00 |
5 | “Şəhər bağları” | Nərimanov r-nu, Aşıq Alı küçəsi, 4 | 3 650,00 |
6 | “Azinko” (Ferrari) | Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi, 5 | 3 450,00 |
7 | “Gülüstan Residence” | Bülbül prospekti, 55 | 3 330,00 |
8 | “Azure Residence” | Nobel Prospekti | 3 250,00 |
9 | “Roseville” | Nərimanov r-nu, K.Kazımzadə küçəsi, 30 | 3 150,00 |
10 | “Crown City Residence” | Koroğlu Rəhimov küçəsi, 17-27 | 3 000,00 |
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















