Qarğıdalı yağları bazarında yerli istehsalçılar uduzur
Azərbaycan istehsalı olan bir sıra məhsullar xarici oxşarlarına qiymətdə uduzurlar. “Marja”nın məlumatına görə, supermarketlərdə xaricdən idxal olunan bir çox mallar yerli istehsal olan mallardan daha ucuz satılır.
Duru yağ, çay, kağız salfet məhsullarında qiymət fərqi daha qabarıqdır. Məsələn, xarici qağıdalı yağları yerli qarğıdalı yağlarından 10%-ədək daha aşağı qiymətlərə satılır.
Ticarət şəbəkələrində daha çox “Azərsun Holdinq”in müəssisələrində istehsal edilmiş, “Veysəloğlu” şirkətlər qrupu və bu qrupa bağlı şirkət (“Araz Supermarket” MMC) tərəfindən xaricdən idxal edilmiş günəbaxan və qarğıdalı yağları satılır.
Məsələn, “Spar” supermarketində “Azərsun Holdinq”in istehsalı olan 1 litr “Final” qarğıdalı yağı 3,85 manata, “Zolotnitsa” qarğıdalı yağı isə 3.75 manata satılır. “Veysəloğlu” və "Araz Supermarketi"in sifarişi ilə Rusiyada və Türkiyədə istehsal edilmiş qarğıdalı yağları daha ucuzdur. 1 litirlik “Zateya” 3,49 manata, “Zarya” 3,49 manata, “Avedov” 3.57 manata, “Qidam” da 3.57 manata alıcılara təklif olunur. Azərbaycanın “Delta Qrup” şirkətinin istehsalı olan 1 litrlik “Asnaf” qarğıdalı yağı isə 4.97 manatadır.
“Bazarstore” şəbəkəsində “Azərsun Holdinq”in istehsalı olan 1 litr “Final” qarğıdalı yağı 3.85 manata, “Zolotnitsa” qarğıdalı yağı 3.75 manata, “Zolotoe Solnışko” 3.65 manata, “Delta Qrup”un istehsalı olan “Asnaf” qarğıdalı yağı isə 5.59 manata satılır. “Bazarstore” şəbəkəsində duru yağlar bölməsində “Veysəloğlu” və "Araz Supermarket" şirkətlərinin xaricdən idxal etdiyi yağlara rast gəlmədik.
Qiymət fərqi qarğıdalı yağlarının saflığı və digər keyfiyyət göstəriciləri ilə də bağlı ola bilər.
Müşahidələr göstərir ki, alıcılar xarici duru yağlarına daha çox üstünlük verirlər.
Xaricdən idxal olunan mallarının yerli mallardan ucuz olmasının əsas səbəblərindən biri Azərbaycanın əsas ticarət tərəfdaşlarının (Türkiyə və Rusiya) milli valyutalarının dəyərdən düşməsi ola bilər. Son bir ildə, Türk lirəsi və Rusiya Rublu Dollar qarşısında dəyərdən düşsələr də, Azərbaycan Manatının məzənnəsi sabit qalıb. Sabit məzənnə rejimi ixracı məhdudlaşdırır, idxalı isə stimullaşdırır.
Qeyd edək ki, yerli istehsalçılar duru yağı xaricdən idxal edərək qablaşdırmanı Azərbaycanda həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















