İstismara qəbul edilməmiş binaların sayı və problemin səbəbləri açıqlandı
Ölkə üzrə istismara qəbul edilməmiş hündürmərtəbəli binaların sayı 400-ə yaxındır.
“Marja”nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib.
O qeyd edib ki, hazırda bu binalarda yaşağış mövcuddur:
“Həmin binaların tikintisi başa çatdırılıb. Hazırda istismara qəbul edilməmiş 400-ə yaxın binada 10 minə yaxın sakin yaşayır”.
Samir Nuriyev qeyd edib ki, binaların istismara qəbul edilməməsinin əsas səbəbləri icraatın tamamlanmaması və layihədən kənarlaşmalardır:
“Binaların istismara qəbul edilməməsi bir neçə səbəb ilə bağlıdır. Birinci səbəb icraatın tamamlanmamasıdır. Yəni, tikintinin mərhələlərində sənədlər qaydaya salınmayıb. Mənzil tikinti kooperativləri və ya tikinti şirkətləri tərəfindən bu məsələyə məsuliyyətlə yanaşılmayıb. İkinci səbəb, təsdiq olunmuş layihələrdən kənarlaşmaya yol verilməsidir. Binalarda əlavə tikinti işləri aparılmışdır. Eyni zamanda, bütün sənədləşməsi düzgün olan MTK-lar binanı istismara qəbul olunmasına tələsmirdilər. Qanunvericilikdə olan son dəyişikliklərdən sonra artıq istismara qəbul edilmiş binalarda bir ay ərzində sakinlər öz idarəetmələrini qurmalıdırlar. Bu da MTK-lara sərf etmir”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmana əsasən, 2019-cu ilin sonunadək istismara qəbul edilməmiş hündürmərtəbəli binaların istismara qəbul edilməsi nəzərdə tutulur. Fərman 2019-cu ilin 1 Yanvar tarixinədək tikilmiş və yaşayışın olduğu binalara şamil edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























