Bu il Azərbaycanda əhali növbəti dəfə siyahıya alınacaq
Azərbaycanda əhalinin növbəti siyahıya alınması bu il oktyabrın 1-dən 10-nə qədər keçiriləcək.
Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov məlumat verib.
Onun sözlərinə görə, prosesə hazırlıq işləri 2017-ci ilin yanvar ayından başlanılıb: “Son 2 ildə siyahıyaalmanın metodoloji bazasının yaradılması başa çatdırılıb, bu prosesi tənzimləyəcək 50-ə yaxın normativ hüquqi sənəd hazırlanıb”.
T.Budaqov xatırladıb ki, ötən il oktyabrın 1-dən 10-na qədər Qəbələdə sınaq siyahıya alınması keçirilib:
“Bunun məqsədi hazırlanan metodoloji bazanın əyani şəkildə tətbiqinin qiymətləndirilməsi və eyni zamanda siyahıya alınma üçün sonra proqram təminatının sınaqdan keçirilməsi olub. İndi əhalinin siyahıya alınmasına tam hazırıq. Hər bir rayon üzrə xüsusi nümayəndə seçilib və onlar üçün seminarlar keçirilir. 34 mindən çox insan bu təlimlərə cəlb ediləcək ki, siyahıya alınma uğurla həyata keçirilsin. Bundan sonra 10 mln. dan artıq sorğu vərəqləri emal ediləcək. Bu da uzun bir prosesdir və bütün bu mərhələlər Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında öz əksini tapıb. Siyahıya almanın yekunu 2022-ci ilin I yarısının sonunda məlum olacaq”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 4 d. əvvəl
-
-
16 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
56 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazirə yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
























