ABŞ-ın neft hasilatında yeni rekord
ABŞ-ın xam neft hasilatı gündəlik orta hesabla 12 milyon barrellə yeni bir rekord qırıb
ABŞ-ın xam neft istehsalında keçən həftə gündəlik orta hesabla 12 milyon barrellə yeni bir rekord qırılıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ölkədə xam neft istehsalı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 89 min barel artıb.
Gündəlik orta hesabla xam neft hasilatı Alyaska ştatında 11 min barrel aşağı düşüb, digər ştatlarda isə 100 min barel yüksəlib. Bu nəticə ilə, ölkənin xam neft istehsalında son 58 həftədə 44 dəfə artım görülüb.
Beləliklə, 9-15 Fevral həftəsində dünyanın ən böyük xam neft istehsalçısı olan ABŞ-da 12 milyon barrellə gündəlik istehsalda yeni bir rekord qırılmışdır.
Ölkədə gündəlik orta hesabla xam neft istehsalı 3-9 Noyabr həftəsində 11,7 milyon barrelə, 5-11 Yanvar həftəsində də 11,9 milyon barrelə çıxmışdı.
EIA-nın "Fevral 2018" hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 12,4 milyon barrel, gələn il isə 13,2 milyon barrel olacağı ehtimal edilir.
XAM NEFT EHTİYATLARI ARTIB
Həmçinin EIA, ABŞ-dakı kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 3,7 milyon barel (0,8 faiz) artımla 454,5 milyon barelə çatdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 3,1 milyon barrel artacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 3,6 milyon barrel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 649,1 milyon barreldə sabit qalıb.
ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 1,5 milyon barrel (0,6 faiz) azalaraq 256,8 milyon barelə düşüb. Bazar gözləntisi 350 min barrel azalma olması istiqamətində idi. Ölkədə benzin ehtiyatları əvvəlki həftə 408 min barel azalmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 21 d. əvvəl
-
31 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 36 d. əvvəl
- 50 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb






.jpg)











.jpg)








