Azərbaycan Rusiyanın şokolad məmulatlarını ən çox istehlak edən 5 ölkədən biridir
Azərbaycan Rusiyanın şokolad məmulatlarını ən çox istehlak edən 5 ölkədən biridir.
Rusiyanın Qənnadı Məhsulları Bazarının Tədqiqi Mərkəzinin məlumatına görə, 2018-ci ildə Rusiya 512 min ton şirniyyat ixrac edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 19 faiz çoxdur. İxrac olunan qənnadı məmulatının böyük bir hissəsi - 55 faizi isə şokolad olub.
Çin Rusiyanın şirniyyat məhsulları ixracı marşrutunun ən dinamik inkişaf edən istiqamətidir. 2018-ci ildə bu ölkəyə 36,5 min ton qənnadı məhsulları tədarük olunub. Siyahıda sonrakı yerləri Qazaxıstan, Belarus, Azərbaycan və Qırğızıstan tuturlar.
Mərkəzin məlumatına görə, ötən ilin əsas sürprizləri rus şokoladının əsas 10 alıcısı sırasında yer almış Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı olublar. Ümumilikdə isə, bu məhsulların tədarükü coğrafiyası əhəmiyyətli dərəcədə genişlənərək 70 ölkəni əhatə edib. Onların arasında Yaponiya, Vyetnam, Kamboca, Yeni Zelandiya, Avstraliya, Kanada, ABŞ, İordaniya, İran, İraq, Əlcəzair, Mərakeş, Panama və başqaları var.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























