Xınalığa alternativ yol çəkilir - YEKUNLAŞACAĞI TARİX AÇIQLANDI
Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Quba rayonunun Susay–Xınalıq avtomobil yolunda tikinti işləri bu ilin noyabr ayında yekunlaşacaq.
Hazırda tikinti işləri rayonun Alpan kəndi ərazisində, Quruçay üzərində yeni körpülərin inşası ilə davam etdirilir.
Quba-Susay-Xınalıq avtomobil yolunun Quruçay çayı üzərindən keçən hissəsində hər birinin uzunluğu 60 metr olan iki körpü tikiləcək. Artıq birinci körpünün özülünün və sütunlarının tikintisinə başlanılıb. Körpülərin inşası 3 aya yekunlaşacaq.
Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi yerli əhalinin və turistlərin Xınalıq kəndinə alternativ yolla rahat gediş-gəlişinin təmin edəcək.
Təbii amillərin təsiri, qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez bağlanmasına səbəb olur.
Layihəyə uyğun olaraq 53 kilometr uzunluğundakı Quba-Susay-Xınalıq avtomobil yoluna asfalt döşənəcək. Yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 11 metr təşkil edəcək.
Yolun 5 kilometrində asfaltlama işləri başa çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























