“Sberbank”: 2019-cu ildə Azərbaycanda ÜDM 3,2%-dək artacaq
“Sberbank Investment Research” analitikləri Azərbaycan iqtisadiyyatının xarici amillərə qarşı dayanıqlı olduğunu qeyd edir və 2019-cu ildə ölkədə ÜDM-nin artım tempinin 3,2%-dək sürətlənəcəyini proqnozlaşdırır.
"Biz Azərbaycana və Qazaxıstana səfərimizin, eləcə də şirkət nümayəndələri və hökumət rəsmiləri ilə görüşlərimizin yekunları üzrə bu ölkələrin qısamüddətli iqtisadi perspektivlərini nikbin qiymətləndiririk. Neft və qaz hasilatının artması ilə yanaşı, neftin qiymətinin bahalaşması bu ölkələrin iqtisadiyyatına dəstək olur və onlara maliyyə "yastığı"nı artırmağa və xarici mövqelərini yaxşılaşdırmağa imkan verir. Cari ildə neftin 1 barelinin qiymətinin təxminən 70 dollar səviyyəsində qalacağı təqdirdə, bu proseslərin davam edəcəyini ehtimal edirik”, - deyə analitiklərin hazırladığı “CIS Market Daily” icmalında qeyd olunur.
Onların fikrincə, Azərbaycanda iqtisadi artımın sürətlənməsi neft-qaz sektoru tərəfindən təmin ediləcək. 2018-ci ildə neftin qiymətinin artması neft və qaz hasilatının dinamikasının yaxşılaşması ilə bərabər, Azərbaycan iqtisadiyyatına dəstək olaraq ÜDM-nin artımını stimullaşdırıb. Biz investisiya fəallığının bərpası fonunda Azərbaycanda ÜDM-nin artımının 1,4%-dən 3,2%-ə qədər sürətlənəcəyini gözləyirik", - deyə icmalda bildirilir.
Analitiklərin qiymətləndirmələrinə görə, Azərbaycan hakimiyyəti 2018-ci ildə maliyyə yastığının artırılması və xarici borcun azaldılması üçün neftin qiymətinin bahalaşmasından istifadə edib. "Büdcə profisitlə icra edilib, Dövlət Neft Fondunun aktivləri artıb və bütün bunlar cari ildə də baş verəcək. Xarici borc çox güman ki, tədricən azalmağa davam edəcək, hökumətlər və dövlət şirkətləri xarici borcun yerli borcla əvəz edilməsinə çalışır", - deyə sənəddə vurğulanır.
Pul siyasətində və bank sektorunun tənzimlənməsi sahəsində vəziyyət yaxşılaşıb. "Pul siyasəti daha da şəffaflaşsa da, idealdan hələ çox uzaqdır. Bundan əlavə, bank sektoru zəif olaraq qalır. Bu sektorda böyük açıq valyuta mövqeyi qalmaqdadır", - deyə “Sberbank Investment Research”də hesab edirlər.
Azərbaycan hökuməti 2019-cu il üçün ÜDM-nin 3,6% səviyyəsində artacağını proqnozlaşdırır.
2018-ci ildə respublikada ÜDM 1,4% artıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
6 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
6 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
7 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















