Türkiyə ötən il 250 milyon cüt ayaqqabı ixrac edib
2017-ci illə müqayisədə 2018-ci ildə Türkiyənin ayaqqabı ixracı 15,6 faiz artımla 888,1 milyon dollara yüksəlib.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən il ərzində ən yüksək ixrac, 2017-ci illə müqayisədə 77,9% artımın baş verdiyi və 132,1 milyon dollarlıq ayaqqabının satıldığı Rusiyaya həyata keçirilib. Ümumi ixracın 21,6%-i bu ölkəyə aparılıb.
Türkiyədən İraqa 83,4 milyon dollarlıq, Almaniya 61,3 milyon dollarlıq, Səudiyyə Ərəbistanına 32,3 milyon dollarlıq, Rumıniya 33,1 milyon dollarlıq, İspaniyaya 28,7 milyon dollarlıq, İtaliyaya 24 milyon dollarlıq, Bolqarıstana 22,8 milyon dollarlıq, İngiltərəyə 21,4 milyon dollarlıq, Fransaya 13,4 milyon dollarlıq ayaqqabı ixrac olunub.
Ən çox ayaqqabı ixrac edilən ilk 10 ölkəyə 452 milyon 559 min dollarlıq ayaqqabı satılıb. 28 Avropa Birliyi ölkəsində ixrac edilən ayaqqabıların məbləği 289 milyon dolları aşıb.
Əvvəlki il 220 milyon 414 min cüt olan ayaqqabı ixracı 12,9% artımla 2018-də 248 milyon 869 min cütə qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)





