Beynəlxalq Bankdan əmanətçilərə hədiyyə
"Azərbaycan Beynəlxalq Bankında depozit yerləşdirməyin indi daha bir üstünlüyü də var. Banka depozit yerləşdirən hər bir müştəriyə faizlərin alınması üçün bank tərəfindən VISA Classic, yaxud MasterCard Standar dödəniş kartı hədiyyə edilir".
"Marja" xəbər verir ki, bu barədə Bankın yaydığı press-relizdə deyilir.
Bu kartlarla online alış-veriş etmək, respublika ərazisində və xarici ölkələrdə müxtəlif ödənişlər aparmaq, eləcə də bir çox elektron bank xidmətlərindən faydalanmaq olar. Üstəlik, bu kartlarla faiz gəlirlərini nağdlaşdıran zaman müştəridən heç bir komisyon haqq tutulmur.
Bank müştəriyə depozitinin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradır və bu məqsədlə əlavə olaraq VISA Gold, MasterCard Gold, VISA Platinum, MasterCard Platinum, American Express Green, VISA PrimeCard Gold, VISA PrimeCard Platinum, American Express Gold, VISA İnfinite, MasterCard WorldElite, American Express Platinum kartlarından hər hansı biri hədiyyə verilir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı manat depozitlərinin illik faizini 13%-ə qədər, ABŞ dolları ilə olan depozitlərin faizini 3,25%-ə qədər artırıb. Depozitlər Bankın bütün filiallarında qəbul olunur. Ətraflı: https://www.ibar.az/az/individual/deposits/classic-deposit/
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının səhmlərinin əsas hissəsi Azərbaycan dövlətinə məxsusdur. Bank hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
3 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
4 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















