"Apple"dan "Netflix"ə rəqib ola biləcək yeni xidmət
"Apple"ın "Netflix"ə rəqib ola biləcək yeni TV və video abunəlik xidmətini təqdim edəcəyi gözlənilir. Bu, şirkətin 25 Martda keçirəcəyi tədbirə rəsmi dəvətilə ortaya çıxıb.
"Marja" xəbər verir ki, "Apple"ın "Şou zamanı" sözlərilə etdiyi dəvətə görə, 25 Martdakı tədbir, şirkətin baş ofisinin yerləşdiyi Cupertino-dakı "Steve Jobs Theater"də keçiriləcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq tədbirdə, "Apple"ın yeni TV və əyləncə xidmətini təqdim edəcəyi gözlənilir.
UZUN İLLƏR SONRA BİR İLK
"Apple"ın bu yeni xidməti, şirkətin sonuncu dəfə 2015-ci ildə təqdim etdiyi "Apple Music"dən sonrakı ilk rəqəmsal xidməti olacaq.
"Apple"ın daha əvvəl "Şou zamanı" (It's show time) şüarını, 2006-cı ildə "Apple TV"nin təqdimatı zamanı da istifadə etmişdi.
Serial və film platforması "Netflix"ə rəqib olması gözlənilən yeni məzmun xidmətilə əlaqədar olaraq təşkil ediləcək tədbirə, "Apple" tərəfindən keçən ay "Hollywood"un ulduzlarına xüsusi dəvətnamlər göndərilməyə başlanmışdı.
Bu ana qədər sızan xəbərlərə görə, təqdim edilməsi gözlənilən, "Netflix" və "Amazon"un "Prime Video"sunun bənzər xüsusiyyətlərə malik olacaq yeni xidmətdə, "Apple" tərəfindən satın alınan və ya maliyyələşdirilən TV şouları və filmlər yayımlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)






