Fed/Yellen: İqtisadiyyat yolunda gedərsə Martda faiz artırmaq olar
ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen, Cümə günü Çikaqoda etdiyi çıxışında, iqtisadiyyatın gözlənildiyi kimi yolunda getməsi vəziyyətində Mart ayında faizləri artırmağın uyğun olacağını söyləyib.
"Marja" xəbər verir ki, Fed sədri, faizlərin mərhələli artırılacağını bildirib. Fed rəsmilərinin iqtisadiyyatda sabit inkişaf gözləntilərinin əlavə faiz artırımları üçün əsas yaratdığını bildirən Yellen, bu il ərzində neçə dəfə faiz artırılacağına dair ipucu verməyib.
Fed rəsmiləri, 2017-ci il ərzində 3 dəfə faiz artırılacağı proqnozunu vermişdilər.
Yellen çıxışında, işə qəbulların sağlam olduğunu və iqtisadi mənzərənin təşviqedici olduğunu deyib. Fed sədri, gələcək mərhələli faiz artırımlarının iqtisadiyyatın çox qızmasının qarşısını almaq məqsədilə ediləcəyini bildirib.
Yellen, ölkə xaricindən gələn risklərin "bir qədər geri çəkilmiş" olduğunu qeyd edib.
Qeyd edək ki, Fed-in növbəti toplantısı 14-15 Mart tarixlərində baş tutacaq və toplantıdan sonra faiz qərarını açıqlayacaqdır. Adətən, Fed faiz artıran dövrlərdə Dollar güclənir, neft ucuzlaşır. Bu il Fed ən azı 3 dəfə faiz artırarsa Dollar daha da güclənə və neft ucuzlaşa bilər. Bu vəziyyət Azərbaycan daxil inkişaf etməkdə olan ölkələr üçün yaxşı deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)



