Hacıqabulda avtobus istehsalı zavodu gələn il işə düşəcək - AÇIQLAMA
Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli bu il qoyulacaq və müəssisənin tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq.
Bunu jurnalistlərə açıqlamasında "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.
“İlkin mərhələdə zavodda həm Avropa, həm də Asiya ölkələrinə məxsus ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Müəssisə təxminən 5 hektar ərazidə fəaliyyət göstərəcək və 100 nəfəri işlə təmin edəcək. Layihənin dəyəri dəyəri 11 mln. manatdır. Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələri də istehsal ediləcək. Bu layihənin dəyəri isə 7 mln. manat və 70-ə yaxın insanın işlə təmin olunmasına imkan verəcək. “Azərmaş”ın avtobus zavodunda payı 25%, ehtiyat hissələri layihəsində payı isə 50% olacaq”, - deyə o, qeyd edib.
E.Axundovun sözlərinə görə, Azərbaycanda istehsal olunacaq avtobuslar həm maye qaz, həm də dizel yanacağı ilə işləyəcək.
“Bunlar kiçik və böyük tutumlu avtobuslar olacaq. Onların ölkə daxilində istifadə olunması ilə bağlı aidiyyatı qurumlarla danışıqlar gedir. Avtobusların qiyməti yelri istehsal olduğu üçün aşağı olacaq. Onların əsasən qonşu ölkələrə ixracı nəzərdə tutulur”, - deyə o, qeyd edib.
15 DƏQİQƏYƏ TƏCİLİ PUL KREDİTİ
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















