"Tesla" ucuz SUV-sini təqdim etdi - QİYMƏTİ
ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla, orta seqment SUV modeli "Model Y"nin təqdimatını keçirib. Markanın "ucuz" SUV-si mövqeyində olan model, ABŞ-da 39 min dollardan başlayan qiymətlərlə satışa təqdim olunacaq.
Elektrikli avtomobil istehsalçısı "Tesla" yeni SUV-sini (krossover) - "Model Y"-ni təqdim edib.
"Marja" xəbər veri ki, markanın ilk SUV-si "Model X"dan kiçik olan avtomobildə, "Model X"dakı "qanad qapılar" yerinə klassik formadakı qapılara yer verilib.
Verilən məlumata görə, ABŞ-da 47 min dollardan başlayan qiymətlər ilə satışa təqdim olunan "Model Y", 2020-ci ildə yollara çıxacaq. Bir dolum ilə 480 kilometrlik bir mənzil təqdim edən avtomobil, 0-dan 100 km/saat sürətə isə 5.5 saniyə ərzində çıxır. 2020-ci ilin Sentyabrdan etibarən avtomobilin istehsalının ayda 2 minə qaldırılması gözlənilir.
"Model Y"nin 39 min dollarlıq versiyası da satışa təqdim olunacaq. Bu versiyanın 2021-ci ildə yollarda olacağı qeyd olunub. Bu versiyada təqdim olunan mənzil 370 kilometrdir və avtomobil 0-dan 100 km/saat sürətə 5.9 saniyə ərzində çata bilir.
"DİGƏR MODELLƏRİMİZDƏN DAHA ÇOX SATILACAQ"
"Model Y"nin təqdimat tədbirində açıqlamalar verən şirkətin direktoru Elon Musk, ""Model Y", bir SUV olmaqla bərabər, eyni zamanda bir idman avtomobilinin verdiyi sürüş hissini təqdim edir. Bu xüsusiyyəti döngələrdə daha çox önə çıxır. Güman edirəm, "Model Y"nin satışları "Model 3", "Model X" və "Model S"in cəmini keçəcək" deyib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Mütəxəssislər, ABŞ-da qiyməti 40 min ilə 90 min dollar aralığında olan SUV-lərin 1.4 milyon ədədlik satış rəqəminə imza atdığını vurğulayaraq, "Model Y"nin rəqibləri arasında şansının yüksək olduğunu bildirirlər.
Ətraflı: https://www.tesla.com/modely
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















