Azərbaycanda Koreya standartları əsasında Peşə Təhsil Mərkəzi yaradılır
Azərbaycanda Koreya təhsil standartları əsasında yeni Peşə Təhsil Mərkəzi yaradılır.
“Marja”nın məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev bildirib.
İdris İsayev, “Tədrisin daha effektiv təşkili məqsədi ilə əmək bazarının dəyişən tələblərini və işəgötürənlərin maraq və öhdəliklərini nəzərə alaraq, yüksək ixtisaslı kadrların yetişdirilməsi, yeni tələb olunan ixtisaslar üzrə təhsil proqramlarının hazırlanması istiqamətində də mühüm işlər görülür. Bu məqsədlə, Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yeni Peşə Təhsil Mərkəzi yaradılır”,- deyib.
Nazir müavini əlavə edib ki, nümunəvi təhsil müəssisəsi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunacaq. Burada mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ümumilikdə 8 ixtisas tədris olunacaq. 2018-ci il yanvarın 26-da tikintisinə başlanılan Mərkəzdə tikinti və təchizat işlərinin 2019-cu ilin sentyabr ayında başa çatacağı nəzərdə tutulmuşdur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Yeni Peşə Təhsil Mərkəzində tədris prosesinə cəlb olunan ixtisaslı kadrların 1 ay müddətində Bakıda, 3 ay isə Koreyada təlimlərdə iştirakı təmin edilmişdir. Təlim keçmiş ixtisaslı kadrlar Bakıda tədris prosesinə cəlb olunan digər mütəxəssislər üçün təlimlər təşkil edəcəklər. Peşə Təhsil Mərkəzində təhsilin məzmunu ölkə reallıqları nəzərə alınmaqla, koreyalı mütəxəssislər tərəfindən hazırlanmışdır. Artıq tədris olunacaq 8 ixtisas üzrə təhsil proqramları (kurikulumları) hazırlanmış və həmin kurikulumlar əsasında modullar hazırlanmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)


