AİB: Azərbaycanda iqtisadi artım güclənəcək, inflyasiya 5%-ə yüksələcək

Asiya İnkişaf Bankı (AİB) “Asiyanın İnkişafına Nəzər Hesabatı 2019”u dərc edib.
“Marja” xəbər verir ki, Hesabatın Azərbaycan Üzrə Fəslində bildirilir ki, dövlət investisiyaların və istehlakın artması nəticəsində iqtisadi artım tempinin 2019-cu ildə 2.5%-dək güclənəcəyi, Şah Dəniz 2 meydanında qaz hasilatı sürətləndikcə isə 2020-ci ildə 2.7%-ə çatacağı gözlənilir.
Təklif baxımından, sənayenin istehsalda və qaz hasilatının genişlənməsi sayəsində mədənçıxarmada artım səbəbindən hər il 1.0% həcmində artacağı proqnozlaşdırılır.
Hesabatda qeyd edilib ki, kənd təsərrüfatı və mənzillərin inşaatı ilə bağlı əlavə dövlət proqramlarının keçiriləcəyindən 2019-cu ildə inşaat sektorunun 3.0%, regional inkişaf proqramlarının keçiriləcəyindən isə 2020-ci ildə 2.0% artacağı gözlənilir. Fermerlərin maliyyə vəsaitlərinə çıxış imkanlarının təkmilləşdirilməsi fonunda kənd təsərrüfatında artım tempinin 2019- cu ildə 3.0%, 2020-ci ildə isə 4.0% təşkil edəcəyi gözlənilir.
Xidmətlərdə artım tempinin nəqliyyat, turizm və pərakəndə ticarət sahələrində artım sayəsində həm 2019-cu, həm 2020-ci illərdə 3.0% həcmində artacağı proqnozlaşdırılır.
Tələbat baxımından, dövlət sektorunda əməkhaqlarının artırılması sayəsində dövlət istehlakı da artacaq, ailə təsərrüfatlarının səmərəli gəlirinin isə artması, xüsusilə inflyasiyanın nisbətən sabit qaldığı bir şəraitdə, fərdi istehlakı gücləndirəcəkdir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Məzənnənin sabitləşməsi və biznes mühitinin təkmilləşdirilməsinə yönəldilmiş iqtisadi islahatların həyata keçirilməsi sayəsində özəl investisiyaların güclənəcəyi, daha ekspansiyalı fiskal siyasət sayəsində isə dövlət investisiyalarının genişlənəcəyi ehtimal olunur.
Karbohidrogen ixracatının artması, idxalatın azalması fonunda isə xalis ixracat artacaq, xüsusilə 2019-cu ildə. Çünki gömrük rüsumları 2017-ci ildə cəmi idxalda payı 36% təşkil etmiş, bu maşınqayırma və avtomobil sənayesinin məmulatlarının idxalına azaldıcı təsir göstərir.
Əməkhaqlarının artımı fonunda inflyasiyanın 2019-cu ildə 4.0%- dək yüksələcəyi, sürətli artımın da daxili tələbata müsbət təsir göstərməsi səbəbindən isə, 2020-ci ildə 5.0% səviyyəsində qərarlaşacağı proqnozlaşdırılır.
Hesabatda bildirilir ki, məzənnənin nisbətən sabitləşməsi yüksək inflyasiya dərəcəsinin qarşısını almalıdır. Növbəti 2 il ərzində mərkəzi bankın iki məqsədə əsas önəm verəcəyi gözlənilir: məzənnənin sabitliyinin qorunması və inflyasiyanın 5.0% səviyyəsində məhdudlaşdırılması. Belə ki, ölkə rəhbərliyi idxala olan tələbatı, xarici valyutaların hərəkətini, eləcə də kapital axınlarının yaxından izləyəcəkdir. Sabit məzənnənin özəl sektorun kreditləşdirilməsinin inkişafına təkan verəcəyi ehtimal olunur. İnflyasiya hədəfinə nail olunduğu təqdirdə mərkəzi bankının uçot dərəcəsini daha da azaldacağı ehtimal oluna bilər.
Fiskal siyasətin ekspansiyalı xarakterinin güclənəcəyi gözlənilir, ARDNF transfertləri daxil olmaqla dövlət büdcəsinin kəsirinin 2020-ci ildə yenə də 2.0%-dək azalmaqdan öncə 2019-cu ildə 2.8%-dək artacağı gözlənilir. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən əldə edilən vəsaitlər, daxili və xarici borclanma və Xəzinədarlıq hesablarında istifadə edilməmiş vəsaitlər hesabına həyata keçiriləcəkdir. ARDNF transfertləri çıxılmaqla kəsir 2019-cu ildə ÜDM-in 18.6 faizinə, 2020-ci ildə isə 16.9 faizinə bərabər olacaqdır.
Qaz idxalatının artması sayəsində neft-qaz gəlirlərinin yüksələcəyi, gömrük rüsumlarının artırılması və vergi rejimində digər dəyişikliklər sayəsində isə iqtisadiyyatın digər sektorlarından gəlirlərin yüksələcəyi fonunda, büdcə gəlirlərinin 2019-cu ildə ÜDM-in 33.2 faizlik ekvivalentinə, 2020-ci ildə isə 33.2 faizlik ekvivalentinə çatacağı proqnozlaşdırılır. Dövlət xərclərinin, minimal əməkhaqqı və minimal pensiyada 38% artım, habelə 2019-cu ildə ümumi əməkhaqqının artımı, eləcə də cari və əsaslı xərclərin artırılmasına gətirib çıxarması nəzərdə tutulan 2020- ci ildə reallaşdırılması planlaşdırılan yeni regional inkişaf proqramı əks etdirilməklə, 2019-cu ildə ÜDM-in 35.0% ekvivalenti, 2020-ci ildə isə 35.2% ekvivalentinə bərabər olacağı proqnozlaşdırılır Artımın güclənməsi və 2018-ci ildə qəbul edilmiş borcun idarə edilməsi strategiyası fonunda, hökumət cəmi dövlət borcunu və dövlət zəmanəti ilə götürülmüş borcu 2020-ci ilin sonunadək ÜDM-in 20%- dən aşağı bir səviyyəyədək çatdırılmağı planlaşdırır.
Cari əməliyyatlar hesabının profisitinin 2020-ci ildə yenə də 10.8%-dək azalmaqdan öncə 2019-cu ildə ÜDM-in 13.6%-dək artacağı gözlənilir. Qaz ixracatının artmasına baxmayaraq, orta hesabla neft qiymətlərinin enməsi 2019-cu ildə cəmi ixracatı 7.5% azaldacaq, ondan sonra isə Şah Dəniz 2 meydanında qaz hasilatının artırılması ixracatı 2020-ci ildə 1.0% həcmində artıracaqdır. Lakin, maşınqayırma və avtomobil sənayesinin məhsulları üzrə gömrük rüsumlarının artırılması səbəbindən 2019-cu ildə idxalın 19.9% həcmində azalması ehtimalından çıxış edərək ixracatın azalması artıqlaması ilə neytrallaşdırılacaqdır. Gömrük rüsumlarının təsiri azaldıqca artan daxili tələbatın ödənilməsi üçün 2020-ci ildə idxalın 11.1% həcmində bərpa olacağı gözlənilir. Şah Dəniz 2 meydanında tikinti işləri başa çatdıqca xidmətlərdə kəsirin 2019-cu ildə 6.7%, 2020-ci ildə isə 7.1% həcmində daralacağı proqnozlaşdırılır. Lakin, xarici investorlar karbohidrogen gəlirlərinin böyük hissəsini repatriasiya edəcəklərindən gəlir kəsiri 2019-cu və 2020-ci illərdə daha da genişlənə bilər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
40 d. əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
48 d. əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 56 d. əvvəl
-
59 d. əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 1 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı

“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
