“Fitch” uzunmüddətli perspektivdə neftin ucuzlaşacağını proqnozlaşdırır
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi uzunmüddətli perspektivdə neftin ucuzlaşacağını proqnozlaşdırır.
"Bizim əsas proqnozlarımıza görə, 2019-cu ildə neftin bir barelinin qiyməti təxminən 65 dollar, 2020-ci ildə 62,5 dollar olacaq, daha sonra isə tədricən 57,5 dollaradək ucuzlaşacaq. 2019-cu ildə stress proqnozu 1 barelə görə 50 dollar, 2020-ci ildə 45 dollar, uzunmüddətli perspektivdə isə təxminən 50 dollar olacaq", - deyə agentliyin nümayəndəsi Dmitri Marinçenko “Fitch Ratings” agentliyinin bu gün Bakıda keçirilən Azərbaycan üzrə illik konfransında bildirib.
Onun sözlərinə görə, ilin əvvəli ilə müqayisədə neftin bir qədər bahalaşmasına baxmayaraq, bazarda volatillik qalmaqda davam edir.
"Müsbət meyllər arasında OPEC-in səylərini qeyd etmək olar, geosiyasi qeyri-sabitlik, eyni zamanda, ABŞ-ın İrana qarşı sanksiyaları, Venesuela, Nigeriya və Liviyada qeyri-sabit hasilat, ABŞ-da hasilatın artması, ticarət müharibələri və s. mənfi amillər arasında yer alır”, - deyə D.Marinçenko vurğulayıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
2 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
2 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR



















