AZAL,“Boeing 737 MAX 8” təyyarələrindən imtina edə bilər
AZAL: Sifariş olunan “Boeing 737 MAX 8” təyyarələri başqa laynerlərlə əvəzlənə bilər
"Azərbaycan Hava Yolları" (AZAL) və “Boeing” korporasiyası "Boeing 737 MAX 8" təyyarələrinin sifarişi ilə bağlı danışıqları davam etdirir.
Bunu açıqlamasında AZAL-ın marketinq, ticarət və istehsalat üzrə direktoru Fuad Yusifov bildirib.
"Hələlik biz “Boeing” korporasiyası ilə danışıqlar aparırıq. Görək, onlar bizə nə təklif edəcəklər”, - deyə F. Yusifov bildirib.
Eyni zamanda, AZAL-ın nümayəndəsi aviaşirkətin sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrinin başqaları ilə əvəzlənməsini də istisna etmir.
"Hazırda tərəflər arasında rəhbərlik səviyyəsində danışıqlar aparılır və düşünürəm ki, hər şey növbəti 2-3 ay ərzində məlum olacaq", - deyə F. Yusifov əlavə edib.
Onun sözlərinə görə, yaranmış vəziyyət AZAL və digər iri aviaşirkətlərə də təsir edib, "Boeing" üçün isə bu, olduqca böyük bir mənfi cəhətdir. Belə ki, ABŞ korporasiyası digər şirkətlərlə müqayisədə daha çox itirir.
F. Yusifov onu da qeyd edib ki, bu il “Boeing 737 MAX 8” təyyarələrinin ilk partiyası artıq bu il Azərbaycana çatdırılmalı idi. Lakin yaranmış vəziyyətlə bağlı sözügedən avialaynerləri sifariş edən digər aviaşirkətlərdə də olduğuğu kimi proses dayandırılıb.
Qeyd edək ki, AZAL “Boeing” korporasiyasından 10 “Boeing 737 MAX 8” tipli təyyarə sifariş edib.
Xatırladaq ki, son yarım il ərzində iki “Boeing 737 MAX” təyyarəsi qəzaya uğrayıb, nəticədə 346 nəfər həlak olub. Artıq dünyanın 30-dan çox aviaşirkəti bu təyyarə növündən istifadə etməkdən imtina edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© ONA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























