Bakının turist kartı təqdim edildi - QİYMƏTLƏR
Bu gün Bakı Konqress Mərkəzində "Bakı Kart"ın təqdimatı keçirilib.
Təqdimat Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri Rüfət Bağırov tərəfindən edilib.
O bildirib ki, kart turistlərin ixtiyarına 1 günlük, 3 günlük və həftəlik təqdim olunur:
"Kartların qiyməti 24, 45 və 70 manat arasında dəyişir. Kartlar turistlərə ictimai nəqliyyatdan, həmçinin hava limanından şəhərin mərkəzinə "Baku City Aero Express" avtobuslarından ödənişsiz istifadə etmək imkanı tanıyır. Eyni zamanda, bu kartla muzeylərə giriş həm ödənişsiz, həm də endirimlədir. İstifadəçilər 200-dən çox tərəfdaşlarımızdan endirimlər və ya təkliflər əldə edəcəklər. Kart ilk istifadə olunan tarixdən hesablanacaq. Yəni müştəri bu kartı alıb 1 həftə sonra da istifadə edə bilər. Kartı Beynəlxalq Hava Limanından, informasiya mərkəzlərindən, otellərdən, turizm şirkətlərindən və İticket.az kiosklarından əldə etmək mümkündür".
O əlavə edib ki, turistlərə hava limanında bu haqda məlumat verilir: "Kartla bərabər onun kitabçasını da təqdim edirik. Kitabçanın içərisində həm Bakı haqqında məlumat, kartın istifadə qaydaları və tərəfdaşlarımız haqqında məlumat əks olunub".
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























