"Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək"
"Pərakəndə bazarlar daim nəzarət altındadır və monitorinqlər aparılır. Gündəlik tələbata daxil olan məhsullar daha da ciddi nəzarət altında olur. Son bir aya yaxındır ki, soğanın qiymətində bahalaşma var".
Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, bu siyahıya kartofu və bir neçə gündür qiyməti bahalaşan kələmi də əlavə etmək olar: "İqtisadiyyat Nazirliyi qiymətlərin qalxmasının səbəblərini araşdırmaqla məşğuldur. Süni şəkildə qiymət artımı baş vermir. Ancaq qiymətlərin artımı bizi narahat edir".
Nazir deyib ki, hökumət tərəfindən bununla bağlı bu gün və ya sabah müvafiq tədbirlər görüləcək: "Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək. Soğanın gömrük dəyərinə görə spesifik idxal rüsumu tətbiq olunurdu. Kilosuna 60 sent həcmində idi. Biz bunu aradan qaldırmaq istəyirik. Biz bu xüsusi rüsumun iki aya müddətinə dayandırılmasını istəyirik. Bazarda aparılan monitoriqnlər davam etdiriləcək. İnanırıq ki, tədbirlər nəticəsində bazardakı qiymətlər sabitləşəcək".
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 d. əvvəl
- 28 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat



















