Bir ölkə sakini 298,7 manat xərcləyib - TİCARƏTÇİLƏRİN QAZANCI ARTIB
2019-cu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 8,8 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 4 milyard 472,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4 milyrd 371 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artmışdır.
Hesabat rübündə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2018-ci ilin yanvar-mart aylarınanisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 8 843,1 | 102,7 |
o cümlədən: | ||
ərzaq məhsulları | 4 019,2 | 102,5 |
içkilər və tütün məmulatları | 452,9 | 101,3 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 1 563,8 | 103,0 |
elektrik malları və mebellər | 525,7 | 102,6 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 65,1 | 102,9 |
əczaçılıq və tibbi mallar | 110,5 | 103,5 |
avtomobil yanacağı | 493,2 | 101,9 |
digər qeyri-ərzaq məhsulları | 1 612,7 | 103,6 |
Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,5 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 18,7 faizi ticarət müəssisələri, 48,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,8 faiz artmış, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda 3,5 faiz azalmışdır.
Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 298,7 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 151,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,6 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 6 d. əvvəl
-
6 d. əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
32 d. əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
-
39 d. əvvəl
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
- 47 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycan sığorta bazarının həcmi ötən il 1,5 milyard manata çatıb
-
1 saat əvvəl
Regional bank Azərbaycanın iştirakçı olduğu layihəyə 50 milyon dollar ayıracaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 27-də gözlənilən hava şəraiti
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
"Grill House" restoranının sahibi saxlanılıb
Ən çox oxunanlar
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib



















