Bank of Baku-dan kompensasiya alacaq müştərilərin diqqətinə!
® Ölkənin aparıcı banklarından olan Bank of Baku, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında imzaladığı fərmanın icrası ilə əlaqədar müştərilərinə müraciət etdi.
Bank bildirdi ki, dollar krediti üzrə kompensasiya alacaq müştərilərə kompensasiya ödənişlərinin veriləcəyi filial və tarix haqqında məlumat SMS və ya zəng vasitəsilə təqdim ediləcək. Bununla da müştərilər banka gələrək vaxt itkisi yaşamadan, növbə üçün əlavə vaxt gözləmədən çox rahatlıqla kompensasiya ödənişlərini əldə edə biləcəklər.
Telefon nömrəsini dəyişmiş müştərilərə isə Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, yeni əlaqə nömrəsini təqdim etmələri tövsiyyə olunur.
Müştərilər xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala (https://pk.fimsa.az/az/kompensasiya) daxil olaraq əldə edə bilərlər.
Problemli kreditlərin həlli ilə əlaqədar imzalanmış fərman ilə daha ətraflı məlumatı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının saytına - https://www.fimsa.az daxil olaraq, kompensasiya və ya restrukturizasiya ilə əlaqədar suallarınıza isə Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və Bank of Baku-nun rəsmi veb səhifəsinə - https://bit.ly/2DiSE5e daxil olaraq cavab tapa bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 57 d. əvvəl
-
-
1 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
13 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?






























