OPEC ABŞ-ın neft istehsalçıları ilə dialoqa başlayıb
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo, kartelin ABŞ-ın neft istehsalçıları ilə dialoqa başladığını söyləyib.
"Marja" xəbər verir ki, "IHS CERAWeek 2017" Enerji Konfransında çıxış etmiş Barkindo, 2014-ci ilin ortasından düşməyə başlayan neft qiymətləri səbəbilə, OPEC-lə ABŞ-ın neft istehsalçılarının qlobal bazarda qarşı-qarşıya gəlməsinə dair, "Biz OPEC olaraq heç zaman ABŞ-ın neft istehsalçıları ilə müharibə vəziyyətində olmadıq",-deyib.
Qiymətlərin düşməsi səbəbinin ABŞ-da şist nefti istehsalındakı artım olduğunu şərh edən Barkindo, aşağı neft qiymətlərinin ən çox Amerikalı neft şirkətlərinə təsir etdiyini bildirib.
Barkindo, OPEC rəsmilərinin ABŞ-ın şist nefti istehsalçısı şirkətlərlə keçən həftə bir görüş keçirdiyini və iki qrup arasında dialoqun başladığını bildirib.
Sözügedən görüşün müsbət keçdiyini bildirən Barkindo, amerikalı neft şirkətlərinin aşağı qiymətlərə qarşı istehsalın məhsuldarlığını yüksəltmək və xərcləri azaltmaq kimi mövzulardakı təcrübələrini OPEC rəsmiləri ilə bölüşdüyünü qeyd edib.
Barkindo, "Keçmişdən OPEC rəsmilərinin neft bazarındakı digər aktyorlarla görüşü pis addım sayılırdı, ancaq dövr dəyişdi, bazar dəyişib. İndi hamımız eyni gəmidəyik. Neftin qiymətinin aşağı düşməsi bütün sənayeyə mənfi təsir edir" -şərhini edib.
"Qlobal bazarda xam neft ehtiyatları hələ də yüksək səviyyədədir"
Yanvar ayında tətbiq olunmağa başlanan və OPEC-lə kartelə daxil olmayan ölkələrin hasilatlarını azaltmağı qarşısına məqsəd qoyan müqavilə ilə bağlı fikirlərini də bölüşən Barkindo, qlobal bazarda xam neft ehtiyatlarının hələ də yüksək səviyyədə olduğunu dilə gətirib.
Barkindo, OPEC üzvü olmayan və dünyanın ən böyük neft istehsalçısı olan Rusiyanın səylərinin də müsbət qarşılandığını bildirərək, Rusiyanın kartel xaricində istehsalını azaldan 10 ölkəyə "liderlik" etdiyini ifadə edib
.
Müqavilənin uğurlu olması üçün OPEC üzvü olan ölkələrin "müqaviləyə 100 faiz əməl etmələrinin şərt olduğunu" vurğulayan Barkindo, iyun ayının sonunda qlobal bazardakı xam neft ehtiyatlarına və neft qiymətlərinə baxılaraq OPEC və kartelə daxil olmayan istehsalçı ölkələrin yeni vəziyyəti qiymətləndirəcəyini sözlərinə əlavə edib.
Qeyd edək ki, neft qiymətlərinin 50 dolların üzərinə çıxmasından istifadə edən ABŞ-ın neft istehsalçıları hasilatlarını yenidən artırmağa başlayıblar. ABŞ-da hasilatın artması neft qiymətlərinin qalxmasına imkan vermir. Əgər ABŞ-ın neft istehsalçıları hasilatın dondurulması və ya azaldılması barədə OPEC-lə razılaşarsa neft qiymətləri xeyli qalxa bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























