Yapı Kredi Bank Azərbaycan-da kompensasiya ödənişləri davam edir!
(®) Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq problemli kreditlər üzrə kompensasiyaların köçürülməsinə bu həftədən etibarən başlanmışdır.
Yapı Kredi Bank Azərbaycan müştərilərinin rahatlığını təmin etmək və vaxtlarına qənaət etmək məqsədilə onlara öncədən SMS vasitəsilə məlumatlar göndərmişdir. Ünvanlanan SMS-də müştərilərin əldə edəcəyi kompensasiya məbləği, yaxınlaşmalı olduğu filial və tarix barədə məlumatlar yer alıb. Kompensasiyasını almaq üçün filiallara yaxınlaşan müştərilərin etibarlı şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri xahiş olunur.
Qeyd edək ki, məbləği 500 manatadək olan ödənişlər nağd, göstərilən məbləğdən artıq olan kompensasiyalar isə ödəniş kartları vasitəsilə həyata keçiriləcək.
Onu da əlavə edək ki, kompensasiyaların ödənişi prosesi Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyələrinə müvafiq olaraq Yapı Kredi Bank Azərbaycan-da yaradılmış İşçi qrupunun nəzarəti ilə həyata keçirilir. Müştərilərimiz onları maraqlandıran istənilən sualı bankın bütün filiallarındakı məsul əməkdaşlarımıza, *0444 Telefon Mərkəzinə və ya (012) 497 77 14 qaynar xəttinə ünvanlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)






