“Güzəştli mənzil” sistemində dəyişiklik - Vətəndaşların nəzərinə!
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilmişdir. Ölkə başçısının bu Fərmanının icrasını təmin etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” sistemində müvafiq zəruri dəyişikliklər aparılmışdır.
Bu barədə "Marja"ya Agentlikdən bildirilib.
Agent banklardan güzəştli ipoteka kreditinin verilməsinə dair alınacaq ilkin razılıq qərarının vətəndaşların elektron kabinetlərində yerləşdirilməsi xidməti və gözləmə qaydası ilə mənzil seçimi yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək.
Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılacaq 1654 mənzildən 430-u ötən müddət ərzində vətəndaşlar tərəfindən əldə edilmişdir. Bununla yanaşı, 29 aprel 2019-cu il tarixində həyata keçirilən satış zamanı “Güzəştli mənzil” elektron sistemi vasitəsilə əlavə 154 mənzilin seçimi başa çatdırılmışdır.
Yasamal Yaşayış Kompleksində qalan 1070 mənzil isə bu ilin sonunadək yeni qaydalara uyğun olaraq satışa çıxarılacaqdır. Həmin mənzillərdən 174-ü 1 otaqlı, 617-si 2 otaqlı, 279-u 3 otaqlıdır. Tezliklə mənzillərin satışı ilə bağlı növbəti elan veriləcəkdir.
Agentliyin ikinci layihəsi Hövsan Yaşayış Kompleksi 11 çoxmənzilli yaşayış binasından ibarətdir və 2962 ailəni mənzillə təmin edəcək. Mənzillərdən 280-i birotaqlı, 1401-i ikiotaqlı, 980-i üçotaqlı, 301-i isə dördotaqlıdır. Kompleksdəki yeddimərtəbəli binalardan 6-nın tikinti-quraşdırma işləri başa çatdırılmış, bəzək işlərinə başlanılmışdır. Paralel olaraq digər yeddimərtəbəli 1 binanın və onmərtəbəli 4 binanın tikintisi də sürətlə davam etdirilir. Kompleksdə tikinti və təmir işləri gələn ilin ilk rübündə yekunlaşdırılaraq mənzillərin satışı barədə elan veriləcəkdir.
Agentliyin növbəti layihəsi ̶ Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisi də sürətlə davam etdirilir. Kompleks 22-si doqquzmərtəbəli və 18-i onikimərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq. Agentlik sərəncamında olan 1458 mənzili “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxararacaq və güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif edəcək. Həmin mənzillərdən 42-nin birotaqlı (studio tipli), 144-nün birotaqlı, 461-nin ikiotaqlı, 740-nın üçotaqlı, 71-nin isə dördotaqlı olması nəzərdə tutulur. Bütün mənzillər tam təmirli vəziyyətdə, kombi isitmə sistemi və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Agentliyin daha bir layihəsi isə Sumqayıt şəhərində reallaşdırılacaq. Belə ki, Sumqayıt şəhərində 0,76 ha torpaq sahəsində 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasının tikintisi ilə əlaqədar artıq tender elanı verilmişdir. Tenderin qalibi müəyyən edildikdən sonra podratçı şirkət tərəfindən tikintiyə başlanılacaq. Bu binalarda ümumilkdə 144 mənzil olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
9 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
9 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
10 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
10 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)












