"Türk lirəsi üçün nikbin olmaq çətindir. Dollar 7 lirəyə qalxarsa..."
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri şirkəti "Rabobank"ın strateqi Piotr Matys "Bloomberg"ə verdiyi açıqlamada Türk lirəsi (TL) üçün bu mərhələdə nikbin olmadığını deyib. O, İstanbulda təkrar seçki keçirilməsinin investorlar üçün qeyri-müəyyənlik mənbəyi olduğunu, bunun da TL-nin zəifləməsinə təkan verdiyini bildirib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
"Marja" xəbər verir ki, Matys, "Son 4 həftədə TL 8% ucuzlaşıb və TL ən pis performans göstərən inkişaf edən ölkə valyutası olub. Bu da, "inflyasiya hələ uzun müddət yüksək qalmağa davam edə bilər" deməkdir. Bu halda da Mərkəzi Bankın faiz endirəcəyi ehtimalı azalır",- deyib.
Matys Dollar/TL məzənnəsi sürətli bir şəkildə 6.50-yə və ya 7 səviyyələrinə qalxarsa Mərkəzi Bankın buna reaksiya vermək məcburiyyətində qalacağını bildirib.
Matys Türkiyə aktivlərinə qavrayışın mənfi olduğunu bildirərək "Birjada 88 min səviyyəsini izləyəcəyik. Əgər ABŞ ilə münasibətlər baxımından konstruktiv ritorikalar eşitsək Türkiyə aktivlərində yaxşılaşma ola bilər. Amma hazırda TL üçün nikbin olmaq çətindir" deyib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Matys qeyd edib ki, struktur islahatlara diqqət yetirilməsi lazım olduğu halda, yenidən seçkiyə fokuslanmaq TL aktivlərinə mənfi təsir edir. İqtisadiyyatda konkret addımlar görmədiyini bildirən Matys, "investorlar iqtisadi siyasətlərdə daha çox şey görmək istəyir. Mərkəzi Bank pul siyasəti mətnindən "lazım gələrsə əlavə tədbirlər görülə bilər" ifadəsini çıxararaq təəccübləndirdi. Bu da məncə siyasət səhvi oldu. Bir-birinin ardınca baş verən proseslər investorları narahat edir" deyib.
Bakı vaxtı ilə saat 09:00-da Dollar/TL məzənnəsi 6.1655 səviyyəsində olub. Dünən məzənnə 6.20 səviyyələrini test etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)







