İlk rübdə ixrac olunmuş qeyri-neft məhsullarının dəyəri yarım milyard dollara çatmayıb
2019-cu ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 95 ölkəyə məhsul ixrac olunmuş, 145 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7 milyard 979,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 milyard 843,4 milyon dollar, idxalın dəyəri 3 milyard 135,6 milyon dollar təşkil etmiş, nəticədə 1 milyard 707,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,7 faiz, o cümlədən idxal 43,1 faiz, ixrac 3,0 faiz artmışdır. Real ifadədə dövriyyə 6,4 faiz, o cümlədən idxal 13,7 faiz, ixrac 3,0 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,2 faizini İtaliyaya, 11,3 faizini Türkiyəyə, 6,4 faizini Almaniyaya, 6,1 faizini Çinə, 5,8 faizini İspaniyaya, 5,6 faizini Hindistana, 4,7 faizini İsrailə, 3,5 faizini Gürcüstana, 3,3 faizini Çexiyaya, 3,2 faizini Portuqaliyaya, 2,8 faizini Rusiyaya, 2,6 faizini Avstriyaya, 2,0 faizini Yunanıstana və qalan 11,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,0 faizi Rusiya, 13,1 faizi İsveçrə, 9,8 faizi Türkiyə, 8,7 faizi Çin, 7,0 faizi İran, 4,0 faizi Kanada, hər biri 3,9 faiz olmaqla Almaniya və Avstraliya, 3,6 faizi ABŞ, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, hər biri 2,0 faiz olmaqla Belarus və Qazaxıstan, 22,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2019-cu ilin yanvar-mart aylarında ölkədən 415,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 10,9 faiz çoxdur.
Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (27,8 faiz), Türkiyəyə (23,9 faiz), Gürcüstana (12,1 faiz), İsveçrəyə (8,1 faiz), İtaliyaya (3,1 faiz), Yunanıstana (2,9 faiz), Çinə (2,5 faiz), İrana (2,3 faiz), Almaniyaya (2,2 faiz) və Ukraynaya (2,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
2019-cu ilin yanvar-mart aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,7 faiz, təzə tərəvəz – 38,9 faiz, tütün – 35,8 faiz, meyvə və tərəvəz şirələri – 37,8 faiz, pambıq lifi – 3,1 dəfə, emal olunmamış alüminium – 10,0 faiz, pambıq ipliyi – 36,1 faiz, qara metallardan yarımfabrikatlar – 4,5 dəfə, bentonit gili – 1,8 dəfə artmış, şəkər ixracı isə 13,4 faiz, çay – 10,3 faiz, meyvə və tərəvəz konservləri – 11,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 14,2 faiz, bitki yağları – 22,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 0,2 faiz, kartof – 24,6 faiz, polietilen – 1,0 faiz, qara metallardan borular – 75,9 faiz azalmışdır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2019-cu ilin yanvar-mart aylarında buğda idxalı 28,4 faiz, təzə meyvə – 2,9 faiz, xam şəkər və şəkər – 4,9 dəfə, kartof – 24,5 faiz, quş əti və onun əlavə məhsulları – 2,0 dəfə, mal əti – 3,1 faiz, minik avtomobilləri – 2,3 dəfə, mineral gübrələr – 9,8 faiz, qara metallardan çubuqlar – 32,5 faiz, hesablama maşınları, blok və qurğuları – 48,5 faiz, mebellər – 32,2 faiz, polietilen – 38,2 faiz, yük avtomobilləri – 2,0 dəfə, qara metallardan künclüklər – 40,2 faiz, məişət kondisionerləri – 2,8 dəfə, avtobuslar – 2,3 dəfə artmış, bitki yağları idxalı isə 27,9 faiz, siqaret – 21,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 23,9 faiz, çay – 11,9 faiz, təzə tərəvəz – 19,0 faiz, qara metallardan borular – 9,6 faiz, polad prokatı – 16,3 faiz, rezin şinlər – 5,2 faiz, paltaryuyan maşınlar – 13,9 faiz, sement və sement klinkerləri – 39,6 faiz, məişət soyuducuları – 14,5 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
12 saat əvvəl
İstilik enerjisinin maya dəyəri əhali tarifini 2 dəfədən çox üstələyib
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mirzoyan: Azərbaycan və Türkiyə prezidentləri İrəvana dəvət olunublar
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı kəskin azalıb
Son Xəbərlər
49 və 515 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Azərbaycan Dəmir Yollar və Çinin Sian limanı anlaşdı
Azərbaycan Təbrizə yeni baş konsul təyin etdi
"Azəristiliktəchizat"da nöqsanlar aşkarlanıb
"AFB BANK"ın istiqrazlarını 80 investor əldə etdi
Ən çox oxunanlar
Toyota-nın satışlarında rekord
"Arazdəyən–Sədərək ərazisi də açılmalıdır"
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Azərbaycan Rusiyadan qoyun ətinin alışını artırıb
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Quyulardan neft hasilatı azalır: bp maksimum hasilat üçün Xəzərə yeni texnologiya gətirir - Çoxmilyonluq müqavilə imzalanıb
Polad incəsənətə çevriləndə - “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb
Qlobal bazarlarda son vəziyyət















.jpg)








.jpg)
