"Kapital Bank"ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan – 4” başa çatdı
Ölkədə təhsilin inkişafına mühüm önəm verən Kapital Bank, tələbələr üçün “Made in Azerbaijan – 4” müsabiqəsi keçirir.
Müsabiqənin şərtlərinə əsasən, tələbələr Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını təqdim etməlidirlər.
Biznes ideya müsabiqəsinə respublikanın müxtəlif universitetindən 40 layihə təqdim olunub. Biznes ideyalar hazırlanarkən onların sərəncama və müsabiqənin missiyasına uyğunluğu, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı, aktuallığı və kreativliyi nəzərə alınıb. Ekspert Şurası təqdim edilən biznes ideyaları dəyərləndirib və 5 layihə finala vəsiqə qazanıb.
Münsiflər heyətinin qərarı ilə “Kitablı” biznes ideyası qalib olub. Layihənin məqsədi elektron vəsaitləri bir portlada toplamaq, müəyyən fənlər üzrə izahlı video bazaya sahib olmaq, tələbələrin çətinlik çəkdiyi testlərin müəllimlər tərəfindən izahlarını təqdim etməkdən ibarətdir.
“2016-cı ildə Kapital Bank-la Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində hər il “Made in Azerbaijan” layihəsi həyata keçirilir. Bu ilki müsabiqədə də bir sıra maraqlı biznes ideyalar nümayiş olunub. Kapital Bank gələcəkdə də təhsillə bağlı yeni layihələrin keçirilməsini planlaşdırılır”, – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə edilməsi departamenti direktoru Fərqanə Məmmədova bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
- 31 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
























