Beynəlxalq Bank ilə Qazprombank arasında əməkdaşlıq sənədi imzalandı
30 may 2019-cu il tarixində Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə Rusiya Qazprombankı arasında əməkdaşlıq haqqında razılıq sənədi imzalanıb.
Azərbaycan Beynəlxalq Bankı tərəfdən sənədi bankın İdarə Heyətinin sədri Abbas İbrahimov, Qazprombank tərəfdən isə bankın İdarə Heyəti sədrinin müavini Aleksey Belous imzalayıb.
Razılıq sənədində ölkəmizdə həyata keçirilməsi planlaşdırılan bir sıra investisiya və digər kommersiya layihələrində birgə iştirak məsələləri nəzərdə tutulur. Neft-kimya, neft-qaz emalı sənayesi, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. bu kimi sahələrdə biznes layihələrinə maliyyə dəstəyi əməkdaşlığın prioritet istiqamətlərinə daxildir.
Bundan başqa, banklar bu əməkdaşlıq çərçivəsində maliyyə məsləhətçiliyi xidmətləri, kapital bazarlarında iştirak, Azərbaycan və Rusiya arasında milli valyutalarda hesablaşmaların inkişaf etdirilməsi və s. bu kimi məsələlərə də diqqət göstərəcəklər. Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə müəssisəsi olan ABB-Moskvanın da bu əməkdaşlıq çərçivəsində Qazprombankla müəyyən layihələrdə birgə iştirakı nəzərdə tutulur.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bankın xarici maliyyə institutları ilə əlaqələrin inkişafına mühüm önəm verdiyini bildirib: “Biz xarici əlaqələrimizi daim inkişaf etdirir, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışırıq. Azərbaycanla Rusiya arasında geniş iqtisadi-ticari əlaqələr mövcuddur. Azərbaycan Beynəlxalq Bankı ilə Qazprombank arasında tərəfdaşlıq münasibətləri, həyata keçirilən birgə layihələrimiz, ümid edirik ki, bu əlaqələrə öz töhfələrini verəcək”.
Qazprombankın İdarə Heyəti sədrinin müavini Aleksey Belous deyib: “Azərbaycan MDB məkanının ən dinamik inkişaf edən ölkələrindən biridir. Qazprombank bu ölkə ilə uzunmüddətli işgüzar əlaqələrə və dost münasibətlərinə malikdir. Azərbaycan Beynəlxalq Bankı ilə geniş əhatəli maliyyələşdirmə layihələrinin həyata keçirilməsi təcrübə mübadiləsinə imkan verəcək və inkişaf üçün yeni fürsətlər yaradacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 5 saat əvvəl
-
5 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti



























