Apreldə iqtisadiyyata kredit qoyuluşları azalıb
2019-cu ilin Aprel ayında iqtisadiyyata kredit qoyuluşları azalıb.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Mart ayının sonu ilə müqayisədə Apreldə cəmi kredit qoyuluşları 46,6 milyon manat azalaraq 13 milyard 11,4 milyon manata düşüb. Martın sonunda kredit qoyuluşları 13 milyard 58 milyon manata çatmışdı.
Azalma Apreldə ticarət, xidmət, inşaat, nəqliyyat və rabitə sektorlarına verilən kreditlərin azalması ilə bağlı olub. Mart ayının sonu ilə müqayisədə Apreldə ticarət və xidmət sektoruna verilən kreditlər 36,5 milyon manat azalaraq 2 milyard 274,1 milyon manata, inşaat və əmlak sektoruna verilən kreditlər 12,8 milyon manat azalaraq 357,4 milyon manata, nəqliyyat və rabitə sektoruna verilən kreditlər isə 86 milyon manat artaraq 1 milyard 271,9 milyon manata geriləyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Kənd təsərrüfatı, sənaye və istehsal sektorlarına verilən kreditlər artıb.
Cəmi kredit qoyuluşlarının 5 milyard 515,8 milyon manatını və ya 42,4%-ni ev təsərrüfatlarına verilən kreditlər (əsasən istehlak kreditləri) təşkil edib. Martın sonu ilə müqayisədə Apreldə ev təsərrüfatlarına verilən kreditlər 83,6 milyon manat artıb. Ötən ilin sonu ilə müqayisədə isə (ilk 4 ayda) ev təsərrüfatlarına verilən kreditlər 196,2 milyon manat artıb.
Kredit qoyuluşlarının sahələr üzrə strukturu (dövrün sonuna, milyon manatla)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 5 saat əvvəl
-
5 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti



























