Velosipedin bazar həcmi 47 milyard dollardır - BU GÜN DÜNYA VELOSİPED GÜNÜDÜR
2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) qərar ilə 3 İyun "Dünya Velosiped Günü" elan edilib.
"Marja" xəbər verir ki, bu il ikinci dəfə qeyd olunacaq "Dünya Velosiped Günü" ilə, fərdlərin fiziki və ruhi sağlamlıqlarının gücləndirilməsi, cəmiyyətdə velosiped istifadəsi mədəniyyətinin inkişafını dəstəkləyəcək tədbirlərin təşkil edilməsi və ölkələrin velosipedi beynəlxalq, regional, milli və yerli inkişaf proqramlarına daxil edilməsi hədəflənir.
Birləşmiş Millətlər Təşkilatı bu çərşivədə üzv dövlətləri yol təhlükəsizliyini yaxşılaşdırmağa, piyada və velosipedlilərin təhlükəsizliyini təmin edəcək tədbirlər görmək daxil nəqliyyat infrastrukturlarının planlaşdırılması mərhələlərinə inteqrə etməyə çağırır.
ADAM BAŞINA 1 ƏDƏD DÜŞMÜR
Araşdırmalar dünyada 2 milyard ədəddən çox velosipedin olduğunu ortaya qoyur. 2050-ci ildə bu rəqəmin 5 milyarda yüksələcəyini nəzərdə gözlənilir.
Dünya əhalisinin 7.5 milyard olduğu nəzərə alındığında isə, bu gün adambaşına düşən velosiped sayının 0.3 olduğu ortaya çıxır.
Dünya Müşahidə İnstitutunun (Worldwatch Institute) hesabatında isə, 1965-ci ildə avtomobil və velosiped istehsalının hər birinin təxminən 20 milyon ətrafında olub. Hazırda isə velosiped istehsalının avtomobil istehsalını keçib.
Təbliğatın artması velosipedin qlobal bazar böyüklüyünün 2018-də 47 milyard dollara yüksəlməsinə səbəb olub. 2024-cü ilə qədər isə bu rəqəmin 62 milyard dollara çatacağı təxmin edilir.
Ən çox velosiped istehsal edən ölkələr Çin, Hindistan, Avropa Birliyi ölkələri, Tayvan və Yaponiyadır.
Dünyadakı velosipedlərin 60%-dən çoxu isə Çində istehsal edilir.
ƏHALİSİNDƏN ÇOX VELOSİPED VAR
Velosipedin ən çox istifadə edildiyi ölkələr isə Hollandiya, Danimarka, Almaniya, Çin, Finlandiya, İsveç, İsveçrə və Belçikadır.
Hollandiyada 17 milyon əhaliyə qarşı 23 milyon velosiped var. Ölkədə ailəbaşına düşən velosiped sayı da 3-dür.
Dünyanın velosiped dostu şəhərləri ardıcıllığında isə Kopenhagen, Amsterdam, Utrecht, Eindhoven, Montreal və Tokio gəlir.
Əslində bir fiziki fəaliyyət olan velosiped sürmək, maddələr mübadiləsini sürətləndirir, xolesterol, diyabet və guatr kimi sağlamlıq problemlərinin aradan qalxmasında təsirli ola bilir. Eyni zamnda, araşdırmalar velosiped sürməyin qıç, kürək, qol əzələlərini də təsirli şəkildə işlətdiyini ortaya qoyur.
Digər tərəfdən, velosipedlər hava çirkliliyinin qarşısını alır.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 12 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan neftinin son qiyməti
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz








.jpg)









