Kapitalından ən yaxşı istifadə edən banklar
Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin I rübünü 123,9 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 4 milyard 638 milyon 586 min manat məbləğində nizamnamə kapitalının 2,7%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarından mənfəətlə çıxmış 21 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 21,1%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə, Azərbaycanda 6-cı bankdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "PAŞA Bank" ASC tutub. Bank ötən rüb nizamnamə kapitalının 10,7%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, "PAŞA Bank" kapitalının məbləğinə görə, 30 bank arasında ölkədə 3-cüdür.
Mənfəətinin kapitalına nisbətinə görə 3-cü yerə isə 10,5%-lik göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC sahib olub. Baxmayaraq ki, bu bank nizamnamə kapitalının məbləğinə görə, ölkədə liderdir.
Mənfəətlə işləyən qalan 18 bankdan 8-də sözügedən göstərici 1-10% arasında, 2 bankda 1%, 8 bankda isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın rüblük mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
1 | Kapital Bank | 21,1% |
2 | PAŞA Bank | 10,7% |
3 | Azərbaycan Beynəlxalq Bankı | 10,5% |
4 | Unibank | 5,4% |
5 | Azərbaycan Sənaye Bankı | 5,3% |
6 | Xalq Bank | 3,2% |
7 | Rabitəbank | 3,2% |
8 | Yapı Kredi Bank Azərbaycan | 3,0% |
9 | Premium Bank | 2,9% |
10 | Zıraat Bank Azərbaycan | 1,9% |
11 | Naxçıvan Bank | 1,6% |
12 | Bank Respublika | 1,0% |
13 | Express Bank | 1,0% |
14 | Nikoyl Bank | 0,9% |
15 | Azər-Türk Bank | 0,8% |
16 | Günay Bank | 0,6% |
17 | Bank VTB Azərbaycan | 0,5% |
18 | AFB Bank | 0,2% |
19 | Turan Bank | 0,2% |
20 | Atabank | 0,1% |
21 | Bank Avrasiya | 0,0% |
22 | AGBank | -0,5% |
23 | NBC Bank | -0,9% |
24 | Pakistan Milli Bankı - Bakı | -1,2% |
25 | Bank BTB | -4,0% |
26 | Amrah Bank | -4,3% |
27 | İran Milli Bankı - Bakı | -11,7% |
28 | Muğan Bank | -14,0% |
29 | Bank of Baku | -14,7% |
30 | Access Bank | -28,8% |
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)













.jpg)
