Azər Türk Bank agent-bank seçilib
(®) Azər Türk Bank qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə agent-bank seçilmişdir
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qiymətli kağızlarla ticarətdən irəli gələn hesablaşmalarını dünya standartlarına uyğun olaraq təkmilləşdirmək məqsədi ilə hesablaşma agentlərinin iştirakı ilə yeni klirinq və hesablaşma modeli tətbiq edilmişdir. Bununla əlaqədar "Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair kollektiv saziş" imzalanıb.
Sazişin məqsədi Bakı Fond Birjasında (BFB) bağlanılan əqdlər üzrə hesablaşmaların həyata keçirilməsi üçün BFB-nin üzvü olan investisiya şirkətlərinin pul öhdəliklərinin Hesablaşma agentləri tərəfindən icrası və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsidir.
Bu məqsədlə MBNP tərəfindən yeni klirinq təsisatının üzvü qismində yerli banklar sırasından Hesablaşma agenti seçilmiş dörd maliyyə-kredit təşkilatından biri də Azər Türk Bank olmuşdur.
Bankdan bildirmişlər ki, qiymətli kağızlar bazarında əhəmiyyətli inkişafa rəvac verəcək bu yeni modelin tətbiqi, həmçinin investisiya şirkətlərinin və eyni zamanda onlarla partnyorluq edən müştərilərin banklara cəlb edilməsi ilə əməliyyat həcmlərinin artırılmasına, biznesin inkişaf etdirilməsinə və bank fəaliyyətinin genişləndirilməsinə də təsir edəcəkdir.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)









.jpg)







