Bu avtomobil Bakıda salona daxil olmadan satılır – “SİFARİŞLƏRİ ÖDƏMƏKDƏ ÇƏTİNLİK ÇƏKİRİK”
Bakıya gətirilən yeni avtomobil modellərindən biri ilə bağlı maraqlı ajiotaj yaranıb. Keçən ilin dekabr ayından Azərbaycana idxal olunmağa başlayan Volkswagen-in Yeni Touareg modeli artıq şəhərimizdə sıx-sıx görünməyə başlayır. Lakin avtomobil əldə etmək istəyənlər, daha ətraflı məlumat almaq istəyənlər avtosalonda həmin modelə rast gələ bilmir. "Marja" bunun səbəbini araşdırmaq üçün Volkswagen Bakı Mərkəzi ilə əlaqə saxlayıb.
Mərkəzin rəsmisi Samir Qədirovun "Marja"ya verdiyi məlumata əsasən, Yeni Touareg modeli nəinki ölkə, bütün dünya bazarlarında böyük maraq və diqqətlə qarşılandığından avtomobil modelinə nəzərdə tutulandan dəfələrlə böyük tələbat var:
"Azərbaycana həmin model üzrə ayrılan kvotanı dəfələrlə keçməyimizə baxmayaraq, müştərilərin həmin avtomobilə marağı və istəyi bitmir. Avtomobillər sifariş verilən kimi, hələ istehsalda və ya ölkəyə gətirilərkən yolda olduğu zaman artıq behlənib alınır, avtosalona çox nadir hallarda daxil olur. Avtomobil modelinin bizim region üçün istehsal olunmağa başlamasının və ölkəyə idxalının cəmi 6 aydır başlamasına baxmayaraq artıq Azərbaycana düşən illik kvotanın 2 qatı miqdarında avtomobil satılmışdır. Hal-hazırda da avtosalonda həmin modeli təqdim etmək üçün avtomobilimiz yoxdur".
Səbəbini araşdırdıqda görürük ki, Yeni Touareg avtomobili premium seqmentdə olan bütün alternativlərindən həm dizayn, eksteryer və interyer göstəricilərinə görə, həm də ən müasir və innovativ texniki təchizatı və funskiyalarına görə irəlidədir. Qiyməti isə rəqibləri ilə müqayisədə daha münasib olduğundan premium kateqoriya sürücülərin ilk seçimi məhz Yeni Touareg ilə tanış olmaq olur. Azərbaycan avtomobil bazarının SUV orientasiyalı olması, qiymət və keyfiyyət balansında isə belə xarakteristikaların Volkswagen istehsalçıları tərəfindən təqdim olunması avtomobil modeli ətrafında sözügedən səs-küyün və ajiotajın səbəblərindəndir. Bir sıra müstəqil xarici video bloqlarda və avtomobil forumlarında Yeni Touareg modelinin birbaşa nümunədə rəqib avtomobillərdən üstün olması görüntüləri isə həmin avtomobilə həm də yüksək etimadı yaratmış olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 4 d. əvvəl
- 21 d. əvvəl
-
23 d. əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 25 d. əvvəl
- 30 d. əvvəl
-
58 d. əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ SƏHMLƏR
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi





















