Azərbaycandan qeyri neft-qaz məhsullarının ixracı 18% artıb
2019-cu ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə məhsul ixrac olunmuş, 163 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 milyard 74,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8 milyard 240,0 milyon dollar, idxalın dəyəri 5 milyard 834,2 milyon dollar təşkil etmiş, nəticədə 2 milyard 405,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
2018-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz, o cümlədən idxal 51,3 faiz, ixrac 0,1 faiz artmışdır. Real ifadədə isə dövriyyə 6,8 faiz, o cümlədən idxal 20,4 faiz, ixrac 0,4 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,7 faizini İtaliyaya, 11,4 faizini Türkiyəyə, 7,0 faizini Çinə, 5,6 faizini Hindistana, 5,5 faizini Almaniyaya, 5,2 faizini İsrailə, 5,0 faizini İspaniyaya, 3,9 faizini Çexiyaya, 3,4 faizini Gürcüstana, 3,2 faizini Rusiyaya, 3,0 faizini Fransaya, 2,5 faizini Portuqaliyaya, 14,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,2 faizi İsveçrə, 14,0 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,3 faizi Çin, 6,6 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi İran, 3,6 faizi Kanada, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,7 faizi İtaliya, 2,1 faizi Fransa, 2,0 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2019-cu ilin yanvar-may aylarında ölkədən 786,6 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 17,8 faiz, real ifadədə isə 12,6 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2 faiz), Türkiyəyə (23,0 faiz), Gürcüstana (9,8 faiz), İsveçrəyə (6,7 faiz), İtaliyaya (3,6 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2,0 faiz), İrana (1,9 faiz), Çinə (1,8 faiz), Niderlanda (1,4 faiz) və Almaniyaya (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
2019-cu ilin yanvar-may aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 19,7 faiz, təzə meyvə – 36,8 faiz, kartof – 18,2 faiz, şəkər – 3,9 faiz, tütün – 1,7 dəfə, meyvə və tərəvəz şirələri – 31,4 faiz, meyvə və tərəvəz konservləri – 11,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 28,8 faiz, pambıq lifi – 2,9 dəfə, pambıq ipliyi – 1,6 dəfə, qara metallardan yarımfabrikatlar – 5,7 dəfə, bentonit gili – 20,3 faiz artmış, çay ixracı isə 1,3 faiz, bitki yağları – 25,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 25,2 faiz, polietilen – 4,9 faiz, emal olunmamış alüminium – 16,3 faiz, qara metallardan borular – 77,4 faiz azalmışdır.
2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 2019-cu ilin yanvar-may aylarında buğda idxalı 14,6 faiz, təzə meyvə – 4,6 faiz, xam şəkər və şəkər – 6,2 dəfə, kartof – 13,3 faiz, çay – 2,9 faiz, quş əti və onun əlavə məhsulları – 18,0 faiz, mal əti – 0,7 faiz, təzə tərəvəz – 39,3 faiz, minik avtomobilləri – 2,2 dəfə, qara metallardan çubuqlar – 20,7 faiz, hesablama maşınları, blok və qurğuları – 42,0 faiz, mebellər – 8,9 faiz, rezin şinlər – 3,6 faiz, polietilen – 20,0 faiz, məişət kondisionerləri – 1,9 dəfə, yük avtomobilləri – 1,7 dəfə, paltaryuyan maşınlar – 1,1 faiz, qara metallardan künclüklər – 15,9 faiz, avtobuslar – 1,9 dəfə artmış, bitki yağı idxalı isə 23,3 faiz, siqaret – 39,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 11,6 faiz, qara metallardan borular – 6,9 faiz, polad prokatı – 2,7 faiz, mineral gübrələr – 5,6 faiz, sement və sement klinkerləri – 29,5 faiz, məişət soyuducuları – 9,1 faiz azalmışdır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
4 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 5 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















