Azərbaycan Mərkəzi Bankı 2019-un 5-ci faiz qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı bu həftənin cümə günü (26 İyulda) 2019-cu ildə 5-ci dəfə faiz qərarını açıqlayacaqdır.
“Marja”nın məlumatına görə, 2019-cu ilin ötən dövrü ərzində Mərkəzi Bankın İdarə Heyəti keçirdiyi bütün iclaslarında faizlərin endirilməsinə qərar verib. İl ərzində bir iclasda uçot dərəcəsi 0,50 bənd, növbəti 3 iclasın hər birində isə 0,25 bənd endirilib. Müvafiq olaraq faiz dəhlizinin yuxarı və aşağı hədləri də aşağı düşmüşdür.
2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində idi. 2018-ci ilin Fevral ayında uçot dərəcəsi 13%-ə, Aprel ayında 11%-ə, İyul ayında 10%-ə, Oktyabr ayında 9,75%-ə endirildi. Uçot dərəcəsi 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında isə 8,5%-ə salındı.
İqtisadi artımın davam etdiyini, inflyasiyanın Mərkəzi Bankın hədəfi (4±2%) çərçivəsində olduğunu, xarici sektorda müsbət meyillərin davam etdiyini, beynəlxalq konyunkturun Azərbaycan üçün əlverişli olaraq qaldığını, neftin qiymətinin 60 dollardan yüksək olduğunu nəzərə alsaq uçot dərəcəsinin endirilməsi davam etdirilə bilər.
“Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcəkdir”,- Mərkəzi Bank bəyan etmişdi.
Eyni zamanda qeyd edək ki, bazarda faizi müəyyən edən alətlərdən biri olan Maliyyə Nazirliyinin 1 illik tədavül müddətli istiqrazları üzrə faiz dərəcəsi 6% səviyyələrinə düşüb. 3 illik dövlət istiqrazlarının faizi isə 8% səviyyələrinə geriləyib.
Depozit və not hərraclarında tələb təklifi dəfələrlə üstələyir. Tələbin yüksək olduğu bir şəraitdə hərraclarda faizin aşağı düşməsi üçün Mərkəzi Bank uçot dərəcəsini, o cümlədən faiz dəhlizinin yuxarı və aşağı həddlərini aşağı salmalıdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Xəbər verdiyimiz kimi, İyunun 7-də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.75%-dən 8.5%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.5%, aşağı həddi isə 6.5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir.
Mərkəzi Bankın İdarə Heyətininin Sentyabr, Oktyabr və Dekabrda da pul siyasəti qərarları ictimaiyyətə açıqlayacaqdır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib






















