“Günay Bank”ın xalis mənfəəti 22 faiz artıb
“Günay Bank” ASC 2019-cu ilin 1-ci yarısını 752 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 135 min manat və ya 21,9% çoxdur. “Günay Bank” ASC 2018-ci ilin 1-ci yarısını 617 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” Bankın rüblük hesabtalarına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “Günay Bank”ın cəmi gəlirləri 9 milyon 424 min manat, cəmi xərcləri isə 8 milyon 820 min manat təşkil edib. Nəticədə Bankın 604 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan 148 min manat azad olub və mənfəət 752 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyun dövründə “Günay Bank”ın cəmi gəlirləri 9 milyon 133 min manat, cəmi xərcləri 5 milyon 217 min manat, əməliyyat mənfəəti 3 milyon 916 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 3 milyon 299 min manatı aktivlər üzrə (ehtimal olunan kredit və depozit itkiləri üzrə ) mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrıldığından həmin dövrü 617 min manat xalis mənfəətlə bağlamışdı.
FAİZ GƏLİRLƏRİ ARTIB
2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “Günay Bank”ın faiz gəlirləri 35% artaraq 5 milyon 815 min manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 25% azalaraq 3 milyon 608 min manata düşüb.
XƏRCLƏRİ DAHA ÇOX ARTIB
2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “Günay Bank”ın faiz xərcləri 2 dəfə artaraq 4 milyon 316 min manata, qeyri-faiz xərcləri isə 24% artaraq 3 milyon 852 min manata yüksəlib.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2019-cu il tarixində “Günay Bank” ASC 224 milyon 249 min manat cəmi aktivlərə, 161 milyon 272 min manat cəmi öhdəliklərə və 62 milyon 976 min manat cəmi balans kapitalına malik olub.
30 İyun 2018-ci il tarixində “Günay Bank” ASC 181 milyon 695 min manat cəmi aktivlərə, 120 milyon 970 min manat cəmi öhdəliklərə və 60 milyon 725 min manat cəmi balans kapitalına malik idi. Son 12 ay ərzində Bankın cəmi aktivləri 42 milyon 553 min manat artıb.
Aktivlərdəki artımın səbəblərindən biri müştərilərə verilən kreditlərin artmasıdır. Ötən ilin İyun ayının sonunda müştərilərə verilmiş cəmi kreditlər 147 milyon 734 min manat ikən, cari ilin İyun ayının sonunda 151 milyon 586 min manata çatıb.
2018-ci ilin 1-ci yarısı ilə müqayisədə “Günay Bank”da depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla) 6 milyon 527 min manat və ya 7,5% artaraq 93 milyon 426 min manata yüksəlib. Bankların və digər maliyyə institutların depozitləri isə 4,3 dəfə artaraq 22 milyon 380 min manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
2 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
4 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)






.jpg)









