Nissan-ın dünya miqyasında 10 000 nəfəri işdən çıxaracağı bildirilir
Yaponiyanın “Nissan” avtokonserni qlobal miqyasda on min əməkdaşını ixtisar etməyə hazırlaşır.
Bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, bu, avtokonsernin maliyyə vəziyyətinin pisləşməsi ilə bağlıdır. Ötən maliyyə ilində şirkətin əməliyyat gəlirləri 40 faiz azalıb, Avropa və ABŞ-da da satışlar aşağı düşüb. İxtisarlar əsasən, şirkətin xaricdəki zavodlarını əhatə edəcək.
Cari ilin mayında şirkətin 4800 əməkdaşını ixtisar edəcəyi planı barədə məlumat yayılmışdı. Göründüyü kimi, xərcləri azaltmaq və şirkətin vəziyyətini sabitləşdirmək üçün bu rəqəm iki dəfə artırılıb.
NHK telekanalının bildirdiyinə görə, eyni zamanda, istehsal xətlərinin ixtisarının aparılması da planlaşdırılır.
“Nissan”ın direktorlar şurasının sabiq sədri Karlos Qonun həbsindən sonra avtokonsern daxili strukturu yeniləməyə, fəlaiyyətin şəffaflaşdırılmasına və səmərəliliyin artırılmasına çalışır.
XXX
"Kyodo News"un öz mənbələrinə istinadən yaydığı xəbərinə görə, Yaponiyanın avtomobil istehsalçısı Nıssan dünya müqyasında 10 min nəfəri işdən çıxaracaq.
"Marja" xəbər verir ki, məlumatda bu addımla şirkətin gəlirliyinin artırılması və istehsal sisteminin canlandırılması məqsədləri hədəfləndiyi qeyd edilib.
"Bloomberg News"un əlaqə yaratdığı mənbələr hər hansı bir açıqlama verməyiblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 11 d. əvvəl
-
1 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
1 saat əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
11 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Ən çox oxunanlar
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ























