Qlobal iqtisadiyyat üçün 2019-un ən mühüm həftəsi
Bu həftə ABŞ-Çin ticarət müzakirələri, Fed-in faiz qərarı və iqtisadi göstəricilər kimi dünya iqtisadiyyatı üçün həlledici hadisələr yaxından izlənəcək
29 İyun - 2 avqust həftəsi Dünya iqtisadiyyatı üçün ilin ən mühüm həftəsi kimi səciyyələndirilir. "Marja" xəbər verir ki, bu həftədə Çərşənbə günü (31 İyul), bazarların və iqtisadçıların 10 il fasilədən sonra ilk dəfə faiz endirimi olacağına dair həmfikir olduqları ABŞ Mərkəzi Bankının (Fed) faiz qərarı gündəmə istiqamət verəcək.
Fed faiz qərarını 31 İyul, Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Faizin 2,50%-dən 2,25%-ə endirələcəyi gözlənilir. 22:30-da isə Fed sədrinin mətbaut konfransı başlayacaq.
Bəzi Fed müşahidəçiləri faizin 50 bənd azaldılacağı proqnozunu versələr də, siqnallar Fed-in böyük bir həmlədən çəkinərək faizi 25 endrim edəcəyi istiqamətindədir. Həmçinin Fed-in, tarixin ən yüksək səviyyələrindəki iqtisadi artımı və yenidən canlanan inflyasiyanı davam etdirmək üçün gələcək həmlələr üçün də açıq qapı qoyacağı ehtimal edilir.
Gələn həftə iqtisadiyyatın gedişatını formalaşdıracaq tək hadisə Fed-in faiz qərarı olmayacaq.
Bazar ertəsi günü ABŞ-ın Xəzinə naziri Stiven Mnuchin və ABŞ Ticarət Nümayəndəsi Robert Lighthizer, dünyanın ən büüyk iki iqtisadiyyatı arasında gedən və May ayında iflasa uğrayan yüksək səviyyəli ticarət danışıqlarını davam etdirmək məqsədilə Çinə gedəcəklər.
Sonra, Cümə günü, ABŞ-da açıqlanacaq məşğulluq göstəricisi Fed-in həmləsinin lazım olub-olmadığına işıq tutacaq. Bloomberg tərəfindən keçirilmiş sorğuya görə kənd təsərrüfatı xaric məşğulluğun İyundakı 224 minlik səviyyədən daha aşağı, 166 min artması gözlənilir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Əlavə olaraq Çərşənbə axşamı günü Yaponiya Mərkəzi Bankının, Çərşənbə günü Braziliya Mərkəzi Bankının iclasları ilə bərabər, Cümə günü, bir çox sənayenin durğunluq təhlükəsi ilə üz-üzə olduğu narahatlıqları arasında qlobal istehsal göstəriciləri açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 9 d. əvvəl
- 23 d. əvvəl
- 42 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR






.jpg)
.jpg)









.jpg)






