Azərbaycanda ilk şpris zavodu “Diamed Co” MMC-nin dəstəyilə ödənişsiz aksiya
(®) İyulun 29-da Azərbaycanda ilk şpris zavodu olan “Diamed Co” MMC-nin dəstəyi və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatcılığı ilə, “Baku Clinic” tibb mərkəzi tərəfindən Ümumdünya Hepatit Günü münasibətilə “Gizli qatil HEPATİT bəlkə səni təqib edir?!” şüarı altında rayon sakinləri üçün könüllülük prinsipi əsasında, ödənişsiz müayinələr keçirildi.
Tədbir zamanı “Diamed Co” MMC şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova, “Baku Clinic” tibb mərkəzinin baş həkimi Leyla Abdullayeva və yüksək ixtisaslı Qastroenteroloq-Hepatoloq Dr. Ülviyyə Məmmədova çıxış etdilər. Onlar bildirdilər ki, müayinələrin təşkilində əsas məqsəd əhalini hepatit virusları haqqında maarifləndirmək, ilkin müayinələrin aparılması, virusları vaxtında aşkarlamaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.
Qeyd edək ki, aksiya çərçivəsində Pirallahı sakinlərində Hepatit B və Hepatit C virusunun təyini zamanı “Diamed Co” MMC-nin istehsal etdiyi şprislərdən istifadə olunub. Qan alınarkən iştirakçılar heç bir ağrı hiss etmədiklərini, yerli istehsalın bu qədər keyfiyyətli olması ilə fəxr etdiklərini bildiriblər.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 30 d. əvvəl
-
37 d. əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
-
2 saat əvvəl
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
-
2 saat əvvəl
Estoniyanın İT şirkəti Dövlət Vergi Xidmətinin "Yeni Avis 2" sistemini yeniləyəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dekabrın 26-da gözlənilən hava şəraiti
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Azərbaycan neftinin son qiyməti
ABŞ Venesueladan çıxan tankeri qovalayıb
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib























