Stadion "Bank Respublika Arena" adlanacaq
Ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ilə Topaz Premyer Liqasında mübarizə aparan“Sabah” Futbol Klubu (FK) arasında sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “Sabah” FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2019/20 mövsümündə keçirdikləri bütün oyunlarda üzərində “Bank Respublika” yazılan formalarda çıxış edəcəklər.
Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion yeni mövsümdən “Bank Respubika Arena” adlanacaq. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.
"Biz inanırıq ki, “Sabah” FK ilə olan əməkdaşlığımız ölkəmizdə futbolu daha da aktiv inkişaf etdirməyə, gəncləri aktiv idman növlərinə cəlb etməyə imkan verəcəkdir. Düşünürəm ki, müasir standartlara malik peşəkar futbol stadionlarından birinin “Bank Respublika Arena” adlanması, Bankımızın Azərbaycan futboluna olan dəstəyin növbəti göstəricisi olacaq", - deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.
“Azərbaycan futboluna investorların və sponsorların gəlişi müsbət haldır. Ötən il “Bank Respublika” ilə sponsorluq müqaviləsi imzaladıq. Bu il isə bankla yeni müqavilə bağladıq. Yeni mövsümdən ev oyunlarımızı keçirdiyimiz stadion “Bank Respublika Arena” adlanacaq. Bu da onu göstərir ki, ötən mövsümkü əməkdaşlıq özünü tam doğruldub və aramızdakı bağlar daha da möhkəmlənib. Fikrimcə, bu anlaşma “Bank Respublika” ilə əməkdaşlığımızda yeni səhifənin başlanğıcı olacaq. Ümid edirəm ki, gələcəkdə bu cür anlaşmalar nəinki bizim klubda, həmçinin Azərbaycan futbolunda mütəmadi hal alar”, - deyə “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)









