Rokol boyaları ilə həyatınıza rəng qatın
(®) Yay fəsli yalnız istirahət üçün ideal mövsüm deyil, həm də soyuq fəsillərdə daha rahat, daha münasib evlərdə yaşamanı hazırlamaq üçün əlverişli zamandır. Məhz bu səbədən ilin bu üç ayı təmir – tikinti işlərinin ən qızğın dövrü sayılır və bu zaman ən çox müraciət olunan məhsullar artıq iyirmi ilə yaxındır Azərbaycanın tikinti bazarında öz sözünü demiş “Mətanət A” şirkətinin müxtəlif brendləri olur. Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkətinin məhsulları ölkəmizdə yalnız tikinti işlərində deyil, təmir işlərində də uğurla tətbiq olunur. Təmir işlərində istehlakçıların ən çox rəğbətini qazanan markalardan biri isə ROKOL boyalarıdır.
Rokol boyaları yeni nəsil boyalar olub müasir alman texnologiyaları ilə təchiz olunmuş boya zavodunda istehsal olunur. İstehsal prosesi tam avtomatlaşdırılıb, Avropa istehsal prosesinə tam uyğundur. Şirkət müasir texnologiyaları tətbiq etməklə öz istehlakçılarına ekoloji sağlam, keyfiyyətli yeni nəsil- Rokol Boyalarını təqdim edir.
Emulsiya boyaları, lak və dolğular, sintetik boyalar, epoksid və poliüretan boyalarından ibarət zəngin məhsul çeşidinə malik olan ROKOL boyaları bir çox üstünlükləri ilə də fərqlənir:
Rokol boyaları səthə mükəmməl yapışır, çatlamır və qopmur, yağışa, nəmə və günəş şüalarının təsirinə davamlıdır
Solmayan rəngi ilə də istehlakçılarının daha uzun müddət rəngli, xoş və gözəl məkanlarda qalmasını təmin edir
Yeni nəsil ROKOL Boyaları məkanınıza yeni bir əhval, yeni bir rəng qatacaq. Evinizin, ofisinizin təmirində əminliklə istifadə edə biləcəyiniz ROKOL BOYALARI-nı ölkəmizin bütün inşaat materialları dükan və mağazalarından əldə edə bilərsbilərsiniz.
2000-ci ildə əsası qoyulmuş “Mətanət A” şirkəti qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Müasir texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanmışdır. Hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
15 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
16 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























