Yeganə dövlət BOKT-unun vəziyyəti məlum oldu
Xarici valyuta ilə əməliyyatlar üzrə zərər və əməliyyat xərclərinin artması “Aqrarkredit”in artan gəlirlərini silib.
Yeganə dövlət bank olmayan kredit təşkilatı “Aqrarkredit” QSC 2018-ci ili 212 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 36,1% azdır. QSC 2017-ci ili 331 min manat xalis mənfəət ilə bağlamışdı.
CƏMİ GƏLİRLƏRİ DƏ, XƏRCLƏRİ DƏ ARTIB
“Marja” QSC-nin illik hesabatına istinadən xəbər verir ki, ötən il “Aqrarkredit”in cəmi gəlirləri 22 milyon 452 min manat cəmi xərcləri isə 22 milyon 240 manat təşkil edib. Nəticədə 212 min manat xalis mənfəət qalıb.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə “Aqrarkredit”in cəmi gəlirləri 13 milyon 26 min manat cəmi xərcləri isə 12 milyon 695 min manat təşkil etmişdi.
İllik müqayisədə “Aqrarkredit”in cəmi gəlirlərinin artması faiz və digər gəlirlərinin artması ilə bağlıdır.
FAİZ GƏLİRLƏRİ 2 DƏFƏDƏN ÇOX ARTIB
2017-ci illə müqayisədə 2018-ci ildə “Aqrarkredit”in faiz gəlirləri 2,1 dəfə artaraq 17 milyon 173 min manat təşkil edib. Təşkilat 2017-ci ildə 8 milyon 182 min manat faiz gəlirləri əldə etmişdi.
“Aqrarkredit”in gəlirləri artsa da, həm də ehtimal olunan zərərlər üçün ehtiyatın yaradılmasına daha az ayırsa da xarici valyuta ilə əməliyyatlar üzrə zərər və əməliyyat xərclərinin artması ilə əlaqədar olaraq xalis mənfəəti illik müqayisədə az olub.
Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərərlər üçün ehtiyat yaradılmasına ayırma 4,2 dəfə azalaraq 1 milyon 930 min manata düşüb.
2017-ci illə müqayisədə 2018-ci ildə “Aqrarkredit”in əməliyyat xərcləri 2 dəfə artaraq 11 milyon 799 min manat təşkil edib.
8 MİLYON MANATA YAXIN ZƏRƏR
Ötən il “Aqrarkredit” xarici valyuta ilə əməliyyatlar üzrə 7 milyon 811 min manat zərər edib. Halbuki, təşkilat 2017-ci ildə bu istiqamət ürzə 3 milyon 897 min manat gəlir əldə etmişdi.
AKTİVLƏRİNİN BÖYÜK HİSSƏSİ ABB-DƏN ALINMIŞ AKTİVLƏRDİR
31 dekabr 2018-ci il tarixində “Aqrarkredit” 13 milyard 517 milyon manat cəmi aktivlərə malik olub. Cəmi aktivlərin 12 milyard 779 milyon manatını Azərbaycan Beynəlxalq Bankından (ABB) alınmış aktivlər təşkil edib. 2017-ci ilin sonunda təşkilatın 14 milyard 224 milyon manatlıq cəmi aktivlərinin 13 milyard 558 milyon manatını Azərbaycan Beynəlxalq Bankından alınmış aktivlər təşkil etmişdi. Ötən il Beynəlxalq Bankdan alınmış aktivlər 779 milyon manat azalıb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR CÜZİ ARTIB
2017-ci illə müqayisədə 2018-ci ildə “Aqrarkredit” in müştərilərə verdiyi kreditlər 1% artaraq 80 milyon 658 milyon manata çatıb.
31 dekabr 2018-ci il tarixində “Aqrarkredit” 13 milyard 494 minlyon manat cəmi öhdəliklərinin 13 milyard 451 milyon manatını buraxılmış borc qiymətli kağızları təşkil edib. İlin sonunda “Aqrarkredit” 23 milyon 282 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
- 21 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Netflix-dən 45,2 milyard dollar gəlir - Gəlirləri 2025-ci ilin son rübündə 17,6 faiz artıb
-
1 saat əvvəl
Qızılın unsiyasının qiyməti 4800 dolları da keçdi - Yeni tarixi rekord
-
9 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tramp Davosa gedərkən təyyarədə texniki problem yaranıb
Rəsmi məzənnələr açıqlandı
İpoteka ilə, yoxsa daxili hissəli ödənişlə ev almaq? Planlı maliyyə və uzunmüddətli güvən modeli hansıdır?
Netflix-dən 45,2 milyard dollar gəlir - Gəlirləri 2025-ci ilin son rübündə 17,6 faiz artıb
Ən çox oxunanlar
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Tramp: İndi mən Venesuelanı sevirəm
İlham Əliyev Davosda panel iclasında iştirak edib
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib






















